Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#240

İKİNCİ FƏSİL Müqəddəs hərəmlərə daxil olma izni Birinci daxil olma izni

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

اللَّهُمَّ إِنِّي وَقَفْتُ عَلَى بَابٍ مِنْ أَبْوَابِ بُيُوتِ نَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ قَدْ مَنَعْتَ النَّاسَ أَنْ يَدْخُلُوا إِلا بِإِذْنِهِ فَقُلْتَ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلا أَنْ يُؤْذَنَ لَكُمْ اللَّهُمَّ إِنِّي أَعْتَقِدُ حُرْمَةَ صَاحِبِ هَذَا الْمَشْهَدِ الشَّرِيفِ فِي غَيْبَتِهِ كَمَا أَعْتَقِدُهَا فِي حَضْرَتِهِ وَ أَعْلَمُ أَنَّ رَسُولَكَ وَ خُلَفَاءَكَ عَلَيْهِمُ السَّلامُ أَحْيَاءٌ عِنْدَكَ يُرْزَقُونَ يَرَوْنَ مَقَامِي وَ يَسْمَعُونَ كَلامِي وَ يَرُدُّونَ سَلامِي وَ أَنَّكَ حَجَبْتَ عَنْ سَمْعِي كَلامَهُمْ وَ فَتَحْتَ بَابَ فَهْمِي بِلَذِيذِ مُنَاجَاتِهِمْ وَ إِنِّي أَسْتَأْذِنُكَ يَا رَبِّ أَوَّلا وَ أَسْتَأْذِنُ رَسُولَكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ ثَانِيا وَ أَسْتَأْذِنُ خَلِيفَتَكَ الْإِمَامَ الْمَفْرُوضَ [الْمُفْتَرَضَ‏] عَلَيَّ طَاعَتُهُ فُلانَ بْنَ فُلانٍ
وَ الْمَلائِكَةَ الْمُوَكَّلِينَ بِهَذِهِ الْبُقْعَةِ الْمُبَارَكَةِ ثَالِثا أَ أَدْخُلُ يَا رَسُولَ اللَّهِ أَ أَدْخُلُ يَا حُجَّةَ اللَّهِ أَ أَدْخُلُ يَا مَلائِكَةَ اللَّهِ الْمُقَرَّبِينَ الْمُقِيمِينَ فِي هَذَا الْمَشْهَدِ فَأْذَنْ لِي يَا مَوْلايَ فِي الدُّخُولِ أَفْضَلَ مَا أَذِنْتَ لِأَحَدٍ مِنْ أَوْلِيَائِكَ فَإِنْ لَمْ أَكُنْ أَهْلا لِذَلِكَ فَأَنْتَ أَهْلٌ لِذَلِكَ [لَهُ‏]
بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ فِي سَبِيلِ اللَّهِ وَ عَلَى مِلَّةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ اللَّهُمَّ اغْفِرْ لِي وَ ارْحَمْنِي وَ تُبْ عَلَيَّ اِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ

Oxunuşu / Transkripsiya və İzahı

Kəfəmi yazır:- “Əgər peyğəmbərin məscidinə, ya başqa məsumların hərəminə daxil olmaq istəsən belə de:
İlahi, mən Sənin Peyğəmbərinin (Sənin salamın olsun ona və Əhli-beytinə) evlərinin qapılarından birinin qarşısında dayanmışam. Sən oraya icazəsiz daxil olmağı qadağan edib buyurubsan: “Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə icazə verilmədən daxil olmayın.” İlahi, mən bu şərafətli ziyarətgahın sahibinə ehtiramı yaşadığı vaxtda vacib sandığım kimi, dünyada olmadıqları zaman da vacib sanıram və bilirəm ki, Sənin Peyğəmbərin və xəlifələrin (salan olsun onlara) diridir və Sənin yanında ruzi yeyirlər. Elə hal-hazırda onlar məni görür, sözlərimi eşidir və salamıma cavab verirlər. Sən onların sözlərini eşitməmək üçün mənim qulağıma pərdə çəksən də, onlarla raz-niyaz etmək üçün düşüncə (lütf) qapını üzümə açdın. Ey Rəbbim, mən birinci Səndən, sonra Peyğəmbərin (Allahın salamı olsun ona və Əhli-beytinə) və canişinindən, itaətini mənə vacib buyurduğun imamdan (filankəs oğlu filankəsdən) icazə istəyirəm!
Fulan ibni fulanın yerinə ziyarət etmək istədiyiniz imamın adını və atasının adını gətirin. Məsələn əgər imam Hüseynin (ə) hərəmini ziyarət edirsinizsə belə deyin: “Əl-Husəynəbnə Əliyyin ələyhis-salam” və əgər imam Rzanı (ə) ziyarət edirsinizsə belə deyin: “Əliyyəbnə Musər-Riza ələyhis-səlam”. Sonra duanın davamını belə oxuyun:
Daha sonra isə, bu mübarək günbəzə vəkil təyin olunan mələklərdən icazə istəyirəm. Ey Allahın Rəsulu, daxil olummu? Ey Allahın höccəti, daxil olummu? Ey bu ziyarətgahda məskunlaşan Allahın yaxın mələkləri, daxil olummu? Ey mənim mövlam, mənə daxil olmaq üçün icazə ver; elə bir icazə ki, dostlarından birinə verdiyin icazədən fəzilətli olsun. Əgər mən ona layiq deyiləmsə, şübhəsiz, Sən ona layiqsən!
Sonra mübarək utbəni öp, daxil ol və de:
Allahın adı, Allahın köməyi, Allahın yolu və Allahın Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) təriqəti ilə başlayıram! İlahi, məni bağışla, mənə rəhm et və tövbəmi qəbul et ki, həqiqətən, Sən tövbələri qəbul edən və mehribansan!

Azərbaycan Dili Tərcüməsi

Əllahummə inni vəqəftu əla babin min əbvabi buyuti nəbiy-yik, sələvatukə ələyhi və alih, və qəd mənə`tən nasə ən yədxulu illa biiznih, fəqultə ya əyyuhəlləzinə amənu la tədxulu buyutən nəbiyyi illa ən yu`zənə ləkum, Əllahummə inni ə`tə-qidu hurmətə sahibi hazəl məş-hədiş şərif, fi ğəybətihi kəma ə`təqiduha fi həzrətih, və ə`lə-mu ənnə rəsuləkə və xuləfaəkə ələyhimus səlamu əhyaun in-dəkə yurzəqun, yərəvnə məqa-mi və yəsməunə kəlami və yəruddunə səlami, və ənnəkə həcəbtə ən səm`i kəlaməhum, və fətəhtə babə fəhmi biləzizi munacatihim, və inni əstə`-zinukə ya rəbbi əvvəla, və əstə`zinu rəsuləkə səlləllahu ələyhi və alihi saniya, və əstə`-zinu xəlifətəl imaməl məfruzə (muftərəzə) ələyyə taətuhu fu-lanəbnə fulan.
Vəl məlaikətəl muvəkkəlinə bihazihil buq`ətil mubarəkəti salisa, əədxulu ya rəsuləllah, əədxulu ya huccətəllah, əədxulu ya məlaikətəllahil muqər-rəbinəl muqiminə fi hazəl məş-həd, fə`zən li ya məvlayə fid duxuli əfzələ ma əzintə liəhədin min əvliyaik, fəin ləm əkun əhlən lizalik, fəəntə əhlun liza-lik (ləh).
Bismillahi və billahi və fi səbilillah, və əla milləti rəsu-lillah, səlləllahu ələyhi və alih, Əllahumməğfirli vərhəmni və tub ələyy, innəkə əntət təv-vabur rəhim.
Əvvəlki: #239. BİRİNCİ FƏSİL Ziyarətin ədəb qaydaları Bütün Dualar ↑ Növbəti: #241. İkinci daxil olma izni