Orijinal Ərəbcə Mətni
يَا صَانِعَ كُلِّ مَصْنُوعٍ وَ يَا جَابِرَ كُلِّ كَسِيرٍ وَ يَا حَاضِرَ كُلِّ مَلَإٍ وَ يَا شَاهِدَ كُلِّ نَجْوَى وَ يَا عَالِمَ كُلِّ خَفِيَّةٍ وَ يَا شَاهِدا [شَاهِدُ] غَيْرَ غَائِبٍ وَ يَا غَالِبا [غَالِبُ] غَيْرَ مَغْلُوبٍ وَ يَا قَرِيبا [قَرِيبُ] غَيْرَ بَعِيدٍ وَ يَا مُونِسَ كُلِّ وَحِيدٍ وَ يَا حَيّا حِينَ لا حَيَّ غَيْرُهُ يَا مُحْيِيَ الْمَوْتَى وَ مُمِيتَ الْأَحْيَاءِ الْقَائِمَ عَلَى كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ لا إِلَهَ إِلا أَنْتَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
Oxunuşu / Transkripsiya və İzahı
Sonra həzrət imam Sadiqin (ə) məqamına tərəf get və o Muslim ibni Əqilin (r) məzarının yaxınlığında yerləşir. Orada iki rükət namaz qılıb Fatimə Zəhranın(s) təsbihatını çevirdikdən sonra belə de:
Ey bütün məxluqatı yaradan, ey bütün qəlbisınıqlara aramlıq bəxş edən, ey bütün yığıncaqlarda hazır olan, ey bütün sirlərə şahid olan, ey bütün gizli işləri bilən, ey qaib olmayan şahid, ey məğlub olmayan qalib, ey uzaq olmayan yaxın, ey bütün təklərin munisi, ey diri varlıq olmayan zaman diri olan, ey ölüləri dirildən, diriləri öldürən və qazanan hər bir kəsi qoruyan, Səndən başqa heç bir tanrı yoxdur, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir!
Sonra hər nə dua istəsən oxu.
Müəllif deyir: “Biz bundan əvvəl qeyd etdik və burada yenə də deyirik ki, o məscidin əməllərinin tərtibi “Qədim məzar”da və camaat arasında məşhurdur ki, bu məqamdan sonra Dəkkətul-qəza və Beytut-təştin əməllərini yerinə yetirirlər. Biz “Misbahuz-zair”, “Biharul-ənvar” kitablarına və başqalarına uyğun olaraq, dördüncü sütunun əməllərindən sonra nəql etdik. Sonra əgər istəsən məşhur göstərişə də əməl edəsən oraya müraciət et və bu iki məqamın əməllərini yerinə yetir”.
Azərbaycan Dili Tərcüməsi
Ya saniə kulli məsnu`, və ya cabirə kulli kəsir, və ya hazirə kulli mələ`, və ya şahidə kulli nəcva, və ya alimə kulli xəfiy-yəh, və ya şahidən (şahidu) ğəyrə ğaibin və ya ğalibən (ğalibu) ğəyrə məğlub, və ya qəribən (qəribu) ğəyrə bəid, və ya munisə kulli vəhid, və ya həyyən hinə la həyyə ğəyruh, ya muhyiyəl məvta və mumitəl əhya, əl qaimə əla kulli nəfsin bima kəsəbət, la ilahə illa ənt, səlli əla Muhəmmədin və ali Muhəmməd.