Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#283

İmam Sadiqin Kufə məscidində hacət namazı

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

Həzrət imam Sadiqdən (ə) rəvayət olunur ki, hər kəs Kufə məscidində iki rükət namaz qıla və hər rükətdə “Həmd”, iki “Qul əuzu”(“Fələq” və “Nas”) və “İxlas”, “Kafirun”, “Nəsr”, “Qədr” və “Səbbihismə rəbbikəl-əla” (“Əla”) surələrini oxuya, salam verdikdən sonra Fatimə Zəhranın(s) təsbihatını deyə və Allahdan öz hacətini tələb edə, Allah onun hacətini verər və dualarını qədul edər.
Müəllif deyir: “Surələrdə olan bu tərtib Seyid ibni Tavusun “Misbah” kitabındakı rəvayətinə əsasəndir. Şeyx Tusi “Əmali”də nəql etdiyi rəvayətdə “Qədr” surəsi “Əla” surəsindən sonradır. Bəlkə də heç onlarda tərtib lazım deyil, gərək həmin qədər kifayətdir ki, “Həmd”dən sonra bu yeddi surə oxunsun. Ən yaxşısını Allah Özü bilir.
Əvvəlki: #282. İmam Sadiqin (ə) dəkkəsinin əməlləri Bütün Dualar ↑ Növbəti: #284. Müslim ibni Əqilin (r) ziyarəti