Oxunuşu / Transkripsiya və İzahı
Şeyx Cəfər ibni Quləvəyh Qumi rəvayət edir ki, Əmr ibni Osman Razi dedi: “Mən, şəxsən eşitdim ki, həzrət Əbul Həsən imam Musa ibni Cəfər (ə) belə buyurdu: “Hər kimin bizi ziyarət etməyə imkanı olmasa, bizim dostlarımızdan olan saleh bəndələri ziyarət etsin və bu şəxsə bizim ziyarətimizin savabı yazılar. Həmçinin hər kimin bizimlə sileyi-rəhim etməyə və bizə yaxşın olmağa imkanı olmasa, bizim dostlarımızdan olan saleh bəndələrlə sileyi-rəhim etsin və bu şəxsə bizimlə sileyi-rəhim edənlərin savabı yazılar.”
İbni Quləvəyh mötəbər sənədlə Məhəmməd ibni Əhməd Yəhya Əşəridən rəvayət edir ki, o dedi: “Mən, “Feyd”ə yetişdikdə -Məkkə yolunda olan bir mənzilgahın adıdır- Əli ibni Bilal ilə Məhəmməd ibni İsmayıl ibni Bəziinin qəbrinin ziyarətinə getdik. Əli ibni Bilal mənə dedi: “Bu qəbrin sahibi həzrət İmam Rzadan (ə) bu hədisi mənə nəql etmişdir: “Hər kim mömin din qardaşının qəbri üstünə gəlib, əlini qəbrin üzərinə qoyaraq, yeddi dəfə “Qədr” surəsini oxusa, Qiyamət günündə o böyük qorxudan amanda qalar.” Başqa bir yerdə də İbni Quləvəyh bu hədisi nəql etmişdir, bu fərqlə ki, “üzü qibləyə tərəf dayanıb, ...” qeydi də bu hədisə əlavə olunubdur.
Müəllif deyir: “Yuxarıdakı hədis, Qiyamət günündəki böyük qorxudan amanda qalmaq səadətinin, qəbri ziyarət edənlərə şamil olduğunu bildirir, lakin bu ehtimalı da vermək olar ki, bu səadət, qəbir sahibinə də şamil olsun. Belə ki, Seyid İbni Tavusdan nəql edilən bir hədis bu ehtimalı təyid edir. “Kamilüz-ziyarə” adlı kitabda mötəbər sənədli bir hədisdə nəql olunur ki, Əbdürrəhman ibni Əbi Əbdillah həzrət Sadiqə (ə) ərz etdi: “Əlimi, müsəlman (qardaşlarımın) qəbirləri üzərinə necə qoymalıyam?” O həzrət əlini yerə qoydu və bu halda o, üzü qibləyə tərəf dayanmışdı.
Həmçinin bu kitabda mötəbər sənədli başqa bir hədisdə nəql olunur ki, Abdullah ibni Sənan həzrət Sadiqə (ə) ərz etdi: “Qəbir əhlinə necə salam vermək lazımdır?” O həzrət buyurdu:
Salam olsun mömin və müsəlmanlardan ibarət olan diyar əhlinə (bərzəx nişanəsinə)! Siz (bu yolda) bizim qabaqcıllarımızsınız və biz də Allahın istəyi ilə sizə qoşulacağıq!
İmam Hüseyndən (ə) rəvayət olunur ki, qəbristana daxil olduqda bu sözləri deyin:
İlahi, ey Sənə iman gətirdikləri halda, fani dünyadan köçmüş bu ruhların, çürümüş bədənlərin və dağılmış sümüklərin Rəbbi! Öz tərəfindən onlara rəhmət və mənim tərəfimdən də salam yetir!
Allah taala bu şəxsə həzrət Adəmdən tutmuş Qiyamətə qədər gəlmiş və gələcək insanların sayı qədər savab yazar.
Həzrət Əlidən (ə) rəvayət olunur ki, qəbristana daxil olduqda bu duanı oxuyun:
Bağışlayan və mehriban Allahın adı ilə! “La ilahə illəllah” əhlindən (“Allahdan başqa heç bir tanrı yoxdur” deyənlərdən) “La ilahə illəllah” əhlinə (“Allahdan başqa heç bir tanrı yoxdur” deyənlərə) salam olsun! Ey “La ilahə illəllah” əhli (müqəddəs) “La ilahə illəllah” kəlamına xatir, siz “La ilahə illəllah”dan (heç bir şəriki olmayan yeganə Allahdan) “La ilahə illəllah” kəlamının savabını necə qazandınız? Ey “La ilahə illəllah” (heç bir şəriki olmayan yeganə Allah), “La ilahə illəllah” kəlamına xatir, “La ilahə illəllah” deyənləri bağışla və bizi də “La ilahə illəllah, Muhəmməd rəsulullah və Əliyyun vəliyyullah” (Allahdan başqa heç bir tanrı yoxdur, Məhəmməd Allahın rəsulu və Əli Onun vəlisidir) deyənlərin zümrəsində məhşur et!
Bu duanı oxuyan şəxsə Allah taala, əlli il ibadətin savabını yazar. Onun və ata-anasının əlli illik günahını (nameyi-əməlindən) silər.”
Başqa bir hədisdə deyilir ki, qəbristanın kənarından keçdiyiniz vaxt dayanıb, bu sözləri deyin:
İlahi, onların dost bildiklərini onlara dost seç və onları sevdikləri ilə birlikdə məhşur et!
Seyid ibni Tavus “Misbahuz-zair” adlı kitabında deyir: “Daha yaxşı olar ki, cümə axşamı günündə möminlərin qəbirlərinin ziyarətinə gedəsiniz. Əgər cümə axşamı vaxt tapa bilməsəniz başqa günlərdə də onları ziyarət edə bilərsiniz. Mömin bəndələrin qəbirlərini ziyarət etdiyin vaxt üzü qibləyə dayan və əlini qəbrin üzərinə qoyub, de:
İlahi, onun qəribliyinə rəhm et, tənhalığına qatıl, vəhşətini ünsiyyətə, qorxusunu əmin-amanlığa çevir və sonsuz rəhmətini ona şamil et ki, Səndən başqasının qayğısına ehtiyac duymasın. Onu sevdikləri və itaət etdiklərinə qovuşdur!
Sonra yeddi dəfə “Qədr” surəsini oxu.
Möminləri ziyarət etməyin qaydası barəsində Füzeyl bu hədisi nəql etmişdir: “Hər kim mömin şəxsin qəbri üstündə yeddi dəfə “Qədr” surəsini oxusa, Allah taala bu qəbir üçün burada Allaha ibadətlə məşğul olsun deyə bir mələk təyin edər və bu mələyin ibadətinin savabını bu qəbrin sahibinə yazır. Qəbirdən qaldırıldığı gün Allah taala bu mələyə xatir Qiyamət gününün xofunu onun qəlbindən götürər və onu cənnətə daxil edər.” “Qədr” surəsini yeddi dəfə oxuduqdan sonra “Həmd” surəsini, iki “Fələq” və “Nas” surələrini, “İxlas” surəsini və “Ayətəl-kürsini”, hər birini üç dəfə oxuyun.
Bu barədə Məhəmməd ibni Müslimdən başqa bir hədis də nəql olunubdur. Məhəmməd ibni Müslim həzrət Sadiqə (ə) belə ərz edir: “Ölüləri ziyarət edə bilərik?” O həzrət: “Bəli” -deyə cavab verir. O, yenə də soruşur: “Onlar bilirlər ki, biz onarı ziyarət edirik?” O həzrət buyurur: “And olsun Allaha ki, onlar bilirlər və sevinirlər və sizinlə ünsiyyət tuturlar.” Məhəmməd ibni Müslim yenə o həzrətdən soruşur: “Biz, onları ziyarət etdikdə hansı sözləri deməliyik?” O həzrət buyurur:
İlahi, yeri onların böyürlərindən uzaqlaşdır (onları qəbir sıxıntısından qoru), ruhlarını Öz dərgahına qaldır, onları Öz razılığına qovuşdur, Öz rəhmətindən onlara tənhalıqları aradan qalxacaq və qorxuları aramlıq və ünsiyyətə çevriləcəyi qədər şamil et ki, həqiqətən, Sən hər şeyə qadirsən!
Seyid İbni Tavus deyir: “Möminlərin qəbristanlığında on bir dəfə “İxlas” surəsini oxuyub, savabını onlara hədiyyə et. Hədislərdə nəql olunubdur ki, Allah taala onlara ölülərin sayı qədər savab əta edər.”
“Kamilüz-ziyarə” adlı kitabda imam Sadiqdən (ə) belə bir hədis rəvayət olunubdur: “Əgər ölüləri Günəş doğmamışdan qabaq ziyarət etsəniz, onlar sizi həm eşidir və həm də sizə cavab verirlər. Lakin əgər günəş doğandan sonra onları ziyarət etsəniz, onlar sizi eşidir, amma cavab vermirlər.”
Ravəndinin “Dəəvat” adlı kitabında ölüləri gecə ziyarət etməyin məkruh olması barədə həzrət Rəsulillahdan (s.ə.s) belə bir hədis həzrət Əbuzərə belə buyurduğu nəql olunubdur: “Və la təzurhum əhyanən bil ləyli.” Onları (ölüləri) gecə ziyarət etməyin.
Şeyx Şəhidin “Məcmuə”sində həzrət Rəsulillahdan bu məzmunda bir hədis rəvayət olunubdur: “Ölülərin qəbri üstündə üç dəfə bu sözləri deyin:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinin xatirinə Səndən istəyirəm ki, bu meyitə əzab verməyəsən!
(Yəni, İlahi, mən səndən Məhəmməd və ali Məhəmmədə xatir xahiş edirəm ki, bu ölüyə əzab vermə!)
Bu səbəblə də Allah taala Qiyamət günündə əzabı bu qəbrin sahibindən uzaqlaşdırar.
“Camiul əxbar” adlı kitabda nəql olunur ki, səhabələrin bəzisi həzrət Rəsulillahdan (s.ə.s) bu hədisi rəvayət edibdirlər ki, o həzrət bizə buyurdu: “Öz ölülərinizə hədiyyə göndərin.” Biz soruşduq: “Biz ölülərə hansı hədiyyəni göndərə bilərik?” O həzrət buyurdu: “Sədəqə və duanı onlara hədiyyə göndərin. Hər cümə günü möminlərin ruhları dünyanın səmasına gəlib, öz evləri ilə üzbəüz dayanar və ev əhlini həzin səslə ağlaya-ağlaya çağırıb, deyərlər: “Ey mənim əhli-əyalım və övladlarım, ey mənim atam-anam və qohum-əqrabalarım, bizim qoyub getdiyimiz mal-dövlətdən sədəqə verməklə bizə yaxşılıq göstərin, bir halda ki, bu mal-dövlətin haqq-hesabını bizimlə çəkirlər və əzabını bizə verirlər, amma faydası sizə yetişir.” Onlar qohum-əqrabalarını çağırıb, deyərlər: “Bizim adımızdan bir dirhəm pul və ya bir tikə çörək, yaxud da bir dəst paltar sədəqə verməklə bizə yaxşılıq gösətərin! Allah sizə cənnət geyimlərini nəsib etsin!” Allahın elçisi bu sözləri deyib, ağladı və biz də o həzrətə baxıb, ağladıq. O həzrət o qədər ağladı ki, artıq söz danışmağa taqəti qalmadı. Bir qədər keçdikdən sonra yenə buyurdu: “Onlar sizin dini qardaşlarınızdır. Bir vaxt onlar bu dünyada xoş güzəran keçirmiş, indi isə çürüyüb, torpağa qarışıbdırlar və o dünyada özlərini qınayır və deyirlər: “Vay bizim halımıza, əgər dünyada ikən Allaha xatir əlimizdə olan mal-dövlətdən ehsan etsəydik, indi sizə möhtac olmazdıq.” Onlar bu sözləri deyib, həsrət və peşmançılıq çəkə-çəkə geri dönərlər və fəryad çəkib, deyərlər: “Ölülərin payını tez bir zamanada göndərin!”
Həzrət Rəsulillahdan (s.ə.s.) bu barədə rəvayət olunan başqa bir hədisdə deyilir: “Ölüyə göndərilən hər bir hədiyyəni xüsusi bir mələk, şüası yeddi səmaya yetişən bir nur tabağının içərisinə qoyub, bu ölünün qəbrinin kənarına gətirər və ona belə müraciət edər: “Əssəlamu ələykum ya əhləl qubur. Sizin əhli-əyalınız bu hədiyyəni sizin üçün göndəriblər.” Qəbir sahibi də bu hədiyyəni alıb, qəbrinə aparar və bu səbəblə də aramgahında ona asanlıq yaranar.” Sonra həzrət Rəsulillah (s.ə.s.) sözünə belə davam etdirdi: “Bilin ki, hər kim ölünün adından sədəqə versə, Allah taala ona Ühüd müharibəsində vuruşanların savabını yazar və Allahın sayəsindən başqa bir sayə olmayan Qiyamət günündə Onun sayəsində olar. Həm ölü və həm də bu sədəqəni verən şəxs, bu sədəqə vasitəsilə nicat taparlar.”
Həmçinin rəvayət olunur ki, bir şəxs, Xorasanın əmirini yuxusunda görür və o, bu şəxsə deyir: “İtlərinizə atdığınız yemi mənim adımdan sədəqə verin, çünki mən, hətta buna da möhtacam.”
Bilin ki, möminlərin qəbirlərini ziyarət etməyin böyük savabı vardır. Bundan əlavə ibrət almaq, qəflətdən ayılmaq, zahidlik və dünyaya qarşı meyilsizlik və axirətə qarşı rəğbətlənmək kimi, bir çox faydaları da vardır. Çox qəmgin və çox şad olduğunuz vaxt qəbirlərin ziyarətinə gedin. (Başqa sözlə desək, bayram və matəm günləri qəbirlərin ziyarətinə getmək tövsiyə olunur.) Bir sözlə, ağıllı o şəxsdir ki, qəbristanlıqdan və ölülərin əhvalından ibrət alsın və dünya məhəbbətini qəlbindən çıxartsın. Dünya ləzzətləri onun gözündən düşsün və bu dünyanın faniliyi barəsində düşünsün. Yada salsın ki, tez bir zamanda o da bu ölülər kimi, dünyadan köçəcək və bu dünyada yaxşı əməllər etməkdən əli kəsiləcəkdir.
Şair şeyx Nizami bu barədə deyir:
(Yə`ni, qəlbi ayıq bir nəfər, ölülərin kənarına gedir. Orada müşahidə etdiyi hər bir şey, dünyanın faniliyini bildirirdi, odur ki, pak ruhların aqibətini düşünüb, əbədi həyata üstünlük verir. Bu barədə daha da yə`qinliyə yetişmək üçün əməl əhlindən bir nəfərin qabağını kəsib, soruşur ki: “Nə üçün ...... Yer üzərində gəzənlərin əksəriyyətinin qəbləri ölüdür və ölü ilə həmnişin olmağın aqibəti də ölüyə çevrilməkdir. Amma torpaq altında olan bu insanların cisimləri ölü olsa da qəlbləri diridir.” Bu cavabları eşitməmişdən öncə mənim də qəlbim ölü idi və zehnim bu barədə olan suallarla dolu idi. İndi isə bu ölüləri müşahidə etməklə qəlbim qəflət yuxusundan oyandı və bu qəbirlər, məni əsil mə`nada yenidən həyata qaytardı.)
Hədisi-qüdsidə deyilir:
Belə rəvayət olunur ki, Allah taala həzrət İsaya (ə) vəhy edir: “Ey İsa, göz yaşlarını və qəlbindəki xüşunu mənə hədiyyə et! Faydasız işlərlə ömrünü keçirən insanlar deyib-güldükləri vaxt sən, gözlərinə hüzün qələmi ilə sürmə çək! Ölülərin qəbri üstünə get və onları uca səslə çağır. Bəlkə onların bu vəziyyətindən ibrət götürəsən. Öz-özünə de ki, mən və bütün insanlar da onlara qovuşacağıq.
Müəllif deyir:”Bu kitabda qeyd etməyi nəzərdə tutduğum mövzular bunlardan ibarətdir və mən, bu kitabı 1344-cü ilin Zilqədə ayının 10-unda, həzrət Saminül-əimmə İmam Rzanın (ə) səadətli təvəllüd gecəsində yazıb qurtardım. Bu gün anamın rəhmətə getdiyini bildirən məktub mənim əlimə yetişdiyi üçün bu kitabdan istifadə edən imanlı qardaşlardan xahiş edirəm ki, mərhumə anam üçün dua etsinlər. Həmçinin atam və məni də öz dualarında yad etsinlər.”
Vəlhəmdu lillahi əvvələn və axirən və səlləllahu əla Muhəmmədin və alihit tahirin.
Azərbaycan Dili Tərcüməsi
Əssəlamu əla əhlid diyari minəl mu`mininə vəl muslimin, əntum ləna fərətun və nəhnu inşaəllahu bikum lahiqun.
Əllahummə rəbbi hazihil ərvahil faniyəti vəl əcsadil baliyəh, vəl izamin nəxirətilləti xərəcət minəd dunya, və hiyə bikə mu`minəh, ədxil ələyhim rəvhən minkə və səlamən minni.
Bismillahir rəhmanir rəhim, əssəlamu əla əhli la ilahə illəl-lahu min əhli la ilahə illəllah, ya əhlə la ilahə illəllah, bihəqqi la ilahə illəllah, kəyfə vəcədtum qəvlə la ilahə illəllah min la ilahə illəllah, ya la ilahə illəllah, bihəqqi la ilahə illəllah iğfir limən qalə la ilahə illəllah, vəhşurna fi zumrəti mən qalə la ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyullah.
Əllahummə vəllihim ma tə-vəlləv vəhşurhum məə mən əhəbbu.
Əllahummərhəm ğurbətəhu və sil vəhdətəhu və anis vəhşə-təhu və amin rəv`ətəh, və əskin iləyhi min rəhmətikə rəhmətən yəstəğni biha ən rəhməti mən sivak, və əlhiqhu bimən kanə yətəvəllah.
Əllahummə cafil ərzə ən cu-nubihim, və said iləykə ərvahə-hum, və ləqqihim minkə rizva-na, və əskin iləyhim min rəh-mətikə ma təsilu bihi vəhdə-təhum, və tunisu bihi vəhşətə-hum, innəkə əla kulli şəy`in qədir.
Əllahummə inni əs`əlukə bi-həqqi Muhəmmədin və ali Mu-həmməd, ən la tuəzzib hazəl məyyit.
Zində deli dər səfe əfsordegan
Rəft be həmsayegiye mordegan.
Hərfe fəna xand ze hər lohe pak
Ruhe bəqa cost ze hər ruhe pak.
Karşenasiye peye təftişe hal
Kərd əz u bər səre rah sual.
Ke in həme əz zində rəmidən çerast
Rəxt suye morde keşidən çerast?
Goft pəlidəan be muğak əndərənd
Pak nəhadan təhe xak əndərənd.
Morde delanənd be ruye zəmin
Be hər çe morde şəvəm həmnişin
Həmdəmi morde dəhəd mordegi
Sohbəte əfsorde del əfsordegi
Zire gel ananke pərakəndkənd
Gərçe be tən mopde, be del zindeənd.
Morde deli bud məra piş əz in
Bəsteye hər çuno çera piş əz in.
Zində şodəm əz nəzəre pakeşan
Abe həyat əst məra xakeşan.