Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#380

Üçüncü məsələ: İmamzadələr üçün başqa bir ziyarətnamə

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

اَلسَّلامُ عَلَيْكَ اَيُّهَا السَّيِّدُ الزَّكِيُّ، الطَّاهِرُ الْوَلِيُّ، وَالدَّاعِي الْحَفِيُّ، اَشْهَدُ اَنَّكَ قُلْتَ حَقّاً، حَقّاً وَصِدْقاً، وَدَعَوْتَ اِلَى مَوْلايَ وَمَوْلاكَ عَلانِيَةً وَسِرّاً، فَازَ مُتَّبِعُكَ، وَنَجَى مُصَدِّقُكَ، وَخَابَ وَخَسِرَ مُكَذِّبُكَ، وَالْمُتَخَلِّفُ عَنْكَ اِشْهَدْ لي بِهاذِهِ الشَّهَادَةِ لاَِكُونَ مِنَ الْفَائِزينَ بِمَعْرِفَتِكَ وَطَاعَتِكَ، وَتَصْديقِكَ وَاتِّبَاعِكَ، وَالسَّلامُ عَلَيْكَ يَا سَيِّدي وَابْنَ سَيِّدي اَنْتَ بَابُ اللهِ الْمُؤْتَى مِنْهُ، وَالْمَاْخُوذُ عَنْهُ، اَتَيْتُكَ زَائِراً، وَحَاجَاتي لَكَ مُسْتَوْدِعاً، وَهـَا أَنَا ذَا اَسْتَوْدِعُكَ ديني وَاَمَانَتي وَخَوَاتيمَ عَمَلي، وَجَوَامِعَ اَمَلي اِلَى مُنَتَهَى اَجَلي، وَالـسَّلامُ عَلَيْكَ وَرَحْمَةُ اللهِ وَبَـرَكـَاتُهُ.

Oxunuşu / Transkripsiya və İzahı

Seyid Əli ibni Tavus (r.ə) “Misbahuz-zair” adlı kitabında imamzadələri ziyarət etmək üçün iki ziyarətnamə nəql etmişdir və biz də o ziyarətnamələri bu topluda nəql etməyi münasib bildik. Seyid ibni Tavus buyurubdur: “Hz. İmam Kazimin (ə) övladı Qasim, Əmiril-möminin Əlinin (ə) övladı Abbas, Əli ibni Hüseynin (ə) Tif adlı məkanda qətlə yetirilən Abbas adlı övladı və s. bu kimi imamzadələri ziyarət etdikdə, onların məzarı üstündə bu ziyarətnaməni oxu:
Salam olsun sənə, ey pak-pakizə sərvər, rəhbər və mehribanlığa dəvət edən! Şəhadət verirəm ki, sən haqqı dedin, haqq və doğru danışdın, insanları aşkar və gizli şəkildə mənim mövlam və öz mövlana (aləmlərin Rəbbinə) doğru dəvət etdin. Sənə itaət edən səadətə çatdı, səni təsdiqləyən nicat tapdı, səni təkzib və səninlə müxalifətçilik edən isə naümid və ziyankar oldu. Mənim bu şəhadətimə şahid ol ki, mən də səni tanımaq, sənə itaət etmək, səni təsdiqləmək və sənə tabe olmaqla səadətə çatanların zümrəsinə qoşulum. Salam olsun sənə, ey mənim sərvərim və sərvərimin oğlu! Sən Allahın giriş və (dini elmlərin) əxz olunduğu qapısısan! Sənin ziyarətinə gəlmişəm, hacətlərimi sənə həvalə edirəm, dinimi, əmanətimi, işlərimin nəticəsini və ömrümün sonuna qədər bütün arzularımı sənə tapşırıram. Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə!

Azərbaycan Dili Tərcüməsi

Əssəlamu ələykə əyyuhəs səyyiduz zəkiyyut tahirul və-liyyu vəd dail həfiyy, əşhədu ənnəkə qultə həqqən və nətəqtə həqqən və sidqa, və dəəvtə ila məvlayə və məvlakə əlaniyətən və sirra, fazə muttəbiukə və nəca musəddiqukə və xabə və xəsirə mukəzzibuk, vəl mutə-xəttifu ənk, işhəd li bihazihiş şəhadəti liəkunə minəl faizinə bimə`rifətikə və taətikə və təs-diqikə vəttibaik, əssəlamu ələy-kə ya səyyidi vəbnə səyyidi, əntə babullahil mu`ta minhu vəl mə`xuzu ətəytukə zaira, və hacati ləkə mustəvdia, və ha ənə za əstəvdiukə dini və əmanəti və xəvatimə əməli, və cəvamiə əməli ila muntəha əcəli, vəs səlamu ələykə və rəh-mətullahi və bərəkatuh.
Əvvəlki: #379. Başqa ziyarətnamə Bütün Dualar ↑ Növbəti: #381. İmamzadələr üçün başqa bir ziyarətnamə