Surələrin Fəziləti

“Muhəmməd” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs əlləzinə kəfəfu (Muhəmməd) surəsini oxusa, heç vaxt şəkk etməz. Onun qəlbində heç vaxt dininə aid bir şəkk-şübhə yol tapmaz. Allah heç vaxt onu yoxsulluqla, və zalım padşahdan qorxmaqla giriftar etməz. O, həmişə şəkdən və küfrüdən amandadır. Necə ki, o vəfat etdi, Allah qəbrində min mələyi onun qəbrində namaz qılmağa hazır edər və savabını onun üçün hədiyyə edərlər. Qəbirdən qaldırılanda onu Allah əzzə və cəllənin hüzuruna qədər müşayiət edərlər. İmam dayanacağında onu saxlayarlar. O Allahın və Rəsulu Məhəmmədin (s.ə.v.v) amanında (lütfü nəzərində) olacaqdır.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Muhəmməd (s.ə.v.v) surəsini oxusa, ona Behişt arxlarındna içir-tmək Allah üçün vacibdir. Əbu Bəsir imam Sadiqdən (ə) nəql edib ki, o Həzrət belə buyurdu: Hər kəs Muhəmməd (s.ə.v.v) surəsini oxusa, heç vaxt dinində şəkk olmaz, O, həmişə şirkdən və küfrüdən qorunacaq, və o halda dünyada köçəcək. Vəfatından sonra Allah min mələyi məmur edəcək ki, qəbrində namaz qılıb, savabını ona bağışlasınlar. Allaın dərgahına əmin yerə aparılana qədər onunla birlikdədirlər. O Allahın və Peyğəmbəri Məhəmmədin (s.ə.v.v) amanında olacaq. Yenə də imam Sadiq (ə) buyurdu: Hər kəs bizim və düşmənlərimizin halından xəbərdar olmaq istəyirsə, Muhəmməd (s.ə.v.v) surəsini oxuması gərəkdir. Çünki bu surəni dünyada bir ayə bizim və bir ayə düşmənlərimizin haqqında olduğunu görəcəkdir. Düşmənə zəfər (qələbə) çalmaq niyyəti ilə və həmçinin qorumamaq üçün bu surəni oxusun.

Yazının tərtibndə tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir