Mötəbər əhli-sünnə mənbələri hesab edilən Müstədrək ələs-Səhihəyn, Əbu-Nueym İsfahaninin Fədailus-Səhabə, Müsnəd Əhməb bin Hənbəl və sair mənbələrində İmam Əli (ə) haqda gələn maraqlı hədisi təqdim edirik: Səhabə Zeyd ibni Ərqəm deyir: Allahın Elçisi (s) buyurdu: “Mənim kimi yaşamaq və ölmək istəyən hər kəs və həmçinin mənə vəd edilən əbədi cənnətdə məskunlaşmaq istəyən hər kəs Əli ibni Əbu-Talibin ardıcılı olsun! Çünki o heç vaxt sizi düz yoldan çıxarmaz və sizi azğınlığa aparmaz.” Hakim Nişaburi bu hədisi Müstədrək ələs-Səhihəyn əsərində (cild-3, səh-128,) gətirir və əlavə edir: Bu sənədi düz olan hədisdir ki Müslimlə Buxari onu nəql etməyib. Bu hədisi Təbərani əl-Kəbir əsərində, Əbu-Nueym əl-İsfahani Fədailus-Səhabə əsərində gətiriblər. Hədis Kənzul-Ummalda (hədis:2578) və İmam Əhməd Hənbəlin əl-Müsnəd əsərində (cild-5, səh-32) də gəlibdir.
Peyğəmbər (s) kimi yaşamaq istəyənlər dinləsinlər!
Oxşar yazılıar
Qurani-Kərim – Hucurat surəsi 13-cü ayə
Qurani-Kərim – Hucurat surəsi 13-cü ayə “Həqiqətən, sizin Allah yanında ən hörmətliniz sizin ən pəhrizkarınızdır. Həqiqətən, Allah çox biləndir, hər şeydən xəbərdardır.” ______________ Düzgün dəyər haqqında düşüncə İnsanlar çox zaman…
Axmaqların siyahısı:
1). Allaha və haqq cəbhəsinə qarşı vuruşanlar. (Tarix sübut edib ki, Allaha və haqqa qarşı döyüşənlər sonda məğlub olublar, amma müasir axmaqlar bundan heç bir nəticə çıxarmırlar və bütün enerjilərini…

