Peyğəmbərimiz (s) qonağı necə yola salardı?
Qonağı mənizlin qapısına qədər ötürmək İslam əxlaqındandır. Bu yolla qonağa demək istəyir ki, səni gördüyümə şadam və bir daha gəlmiyini istəyirəm. Həzrət Peyğəmbər (s) buyurur: “Qonağın ev sahibi üzərindəki haqlarından biri budur ki, onunla birlikdə getsin, o zamana qədər ki, mənzilindən xaric olar”.
Peyğəmbər (s) o zaman ki, bir möminlə xudahafizləşər idi, ona buyurardı: “Allah sizə təqva azuqəsi versin, sizi bütün yaxşılıqlara agah etsin, hacətlərinizi yerinə yetirsin, din və dünyanızı sağlam etsin, mənə tərəf salamatlıqla qayıdasınız”.
Başqa hədisdə oxuyuruq ki, Peyğəmbər (s) müsafiri yollayan zaman əlindən tutub buyarardı: “Allah yaxşı yoldaşları sənə nəsib etsin, xoşagəlməz hadisələri sənin üçün asan etsin, uzağı sənə yaxın etsin, azuqəni sənin üçün kifayət etsin, din və əmanətini qorusun, əməlini xeyirlə xətmləndirsin, səni bütün yaxşılqlara agah etsin. Allahın bərəkəti ilə hərəkət et”.
Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Bir həyat yoldaşım vardır ki, evə gələn zaman məni qarşılayır, evdən çıxan zaman məni yola salır, məni qəmgin görən zaman deyir: Əgər ruzi üçün qəm yeyirsənsə bil ki, başqası (Allah) onu öhdəsinə götürmüşdür. Əgər axirət üçün qəm yeyirsənsə, Allah qəmini çoxaltsın”. Həzrət Peyğəmbər (s) buyurur: “Allahın yer üzərində işçiləri və köməkçiləri vardır və bu qadın Allahın işçilərindəndir və o, şəhidin savabının yarısına malikdir”. (“Erfan” saytına istinadən)