14-Məsum (Əhli-Beyt)Həzrət Muhəmməd (s)

Rəsuli-əkrəm (s) Məhəbbət ocağı

Rəsuli-əkrəm (s) məhəbbət ocağıdır. Mütəal Allah onu belə tanıtdırır:

“Muhəmməd, Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. (“Fəth” surəsi, ayə 29)

Peyğəmbərin (s) yanında olanlar  və ona yaxın olanlar da məhəbbət ocağıdır. “Bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. Həmçinin onlar: “Rüku edən, səcdəyə qapanan”, ibadət əhli və Allaha üz tutanlardır.

Allaha bəndəlik Peyğəmbərin (s) şərəfidir

Merac gecəsinin xüsusi ziyafətində Allah Taala Peyğəmbərə (s) bəndəlik verdi. Sübh vaxtı bu ayə nazil oldu: “Bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir”. (“İsra” surəsi, ayə 1)

Həzrət məhz bəndəlik məqamını aldı. Allahın məhz qulu Allahın tövhid, rəhmət və məhəbbətinin ocağıdır. O, bəndələrə qarşı o qədər mehriban idi ki, bəzi ayələrdə Allah ona təskinlik verərək buyurur:

“(Ya Rəsulum!) Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (“Kəhf” surəsi, ayə 6)

Tövbə surəsində buyurur:

“Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” (“Tövbə” surəsi, ayə 128)

Peyğəmbər (s) bəşəriyyətin iman gətirməsinə teşnə

“O sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!”

Əgər müəllim şagirdinin başına qışqırırsa, bu, onu bir addım yuxarı aparmaq üçündür. Çünki müəllimin şagirdinə qarşı bir kinəsi yoxdur.

Peyğəmbərin (s) teşnəliyi bütün bəşəriyyətə aid idi. Çünki bütün bəşəriyyətin müəllimi idi. İstəyir ki, bütün aləmə özündə, yəni öz vücudunda yer versin ki, hamı Muhəmmədiyyə (s) həqiqətindən fayadalansın.

Peyğəmbərin (s) təvazökarlığı

Bir gün Peyğəmbər (s) səhabələrindən bir dəstəsi ilə bir yerdən keçirdi. Həzrət gördü ki, bir qoca qadın quyuya vedrə atıb və çox zəhmətlə su çəkir. Peyğəmbər (s) qarının yanına gedib vedrəni onun əlindən alır, özü suyu çəkir və məşki doldurur. Məşk çox böyük idi. Ona görə də həzrət qarıya buyurdu ki, sən məşki apara bilməzsən, özüm aparacağam. Peyğəmbərin (s) səhabələri suyu özləri aparmaq istədi. Bunun üçün nə qədər təkid etsələr də, həzrət razı olmadı və buyurdu: “Ümmətin yükünü onun peyğəmbəri daşımalıdır”.

Nə qədər gözəldir! Bəziləri kiçik bir mövqeyə sahib olduqda hamının onun görüşünə gəlməsini istəyirlər. Allahın Öz Peyğəmbərini (s) belə əzəmətlə tərifləməsi, onun məhz bəndə olmasına görədir.

Həzrət məşki çiyninə aldı, onu qarının evinin qapısına gətirdi və qayıtdı. Qarı övladlarını səsləyib dedi: – Bu qayıdıb gedən mürüvvətli şəxs məşki gətirdi.

Qarının övladları həzrətin arxasınca qaçdılar. Ona çatanda onun Peyğəmbər (s) olduğunu gördülər. Onlar Peyğəmbərlə (s) görüşüb geri qayıtdılar və analarına dedilər: – Ana bilirsən o kimdir?

Anaları “yox” deyə cavab verdi.

Dedilər: – Ana, həmişə deyirdin ki, görəsən bir dəfə Peyğəmbəri (s) görə bilərəmmi?! O, Peyğəmbərin (s) özü idi.

Qarı həzrətin ardınca qaçır, öz üzünə vururdu ki, mən gör necə ədəbsizlik etmişəm!

Peyğəmbər (s) ona tərəf qayıtdı və onunla mehribanlıqla rəftar etdi. Sonra da onu evinə qaytarıb dedi: “Bu iş mənim vəzifəm idi, narahat olma”.

Peyğəmbərin (s) ümmət üçün istiğfarı

“O sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!”

Peyğəmbər (s) bizə qarşı teşnə və mehribandır. Belə ki, elə indi də ona qonaq olsan, sənin üçün istiğfar edər:

“Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər”. (“Nisa” surəsi, ayə 64)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir