Mişkini Tərcüməsi:
(Ya Peyğəmbər!) Məgər (qəlb gözü ilə) görmədin və bilmədinmi ki, Rəbbinin fil sahibləri (Allahın evi Kəbəni dağıtmaq üçün gəlmiş Əbrəhənin qoşunu ilə) necə rəftar etdi?!
2
Əl-Fil Surəsi, Ayə 2
أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍۢ
﴿2﴾
Mişkini Tərcüməsi:
Məgər (Rəbbin) onların məkr və hiyləsini puç etmədimi?!
3
Əl-Fil Surəsi, Ayə 3
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ
﴿3﴾
Mişkini Tərcüməsi:
Və onların üzərinə qatar-qatar quşlar göndərdi.
4
Əl-Fil Surəsi, Ayə 4
تَرْمِيهِم بِحِجَارَةٍۢ مِّن سِجِّيلٍۢ
﴿4﴾
Mişkini Tərcüməsi:
(O quşlar) onlara bişmiş gildən (xırda) daşlar atırdı.
5
Əl-Fil Surəsi, Ayə 5
فَجَعَلَهُمْ كَعَصْفٍۢ مَّأْكُولٍۭ
﴿5﴾
Mişkini Tərcüməsi:
Beləliklə, onların hamısını əzilmiş və çeynənmiş saman çöpü kimi etdi!