Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Yasin Surəsi, Ayə 1
يسٓ
﴿1﴾
Mişkini Tərcüməsi:
Ya, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. Ey, insaniyyətdə yeganə olan kəs,)
2
Yasin Surəsi, Ayə 2
وَٱلْقُرْءَانِ ٱلْحَكِيمِ
﴿2﴾
Mişkini Tərcüməsi:
Bu hikmətli (batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan) Qurana and olsun ki,
3
Yasin Surəsi, Ayə 3
إِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ
﴿3﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, sən (Allah) peyğəmbərləri (zümrəsi)ndənsən (peyğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən).
4
Yasin Surəsi, Ayə 4
عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ
﴿4﴾
Mişkini Tərcüməsi:
(Sən) düzgün olan bir yoldasan (şəriət elmləri və əqli mərifətlər yolunda).
5
Yasin Surəsi, Ayə 5
تَنزِيلَ ٱلْعَزِيزِ ٱلرَّحِيمِ
﴿5﴾
Mişkini Tərcüməsi:
(Bu), qüdrətli və mehriban (Allah tərəfindən) nazil edilmiş (bir kitab)dır. (Mehribanlığı Quranın nazil olmağına bir səbəb, qüdrəti isə onun icrasına zamindir).
Mişkini Tərcüməsi:
(Bu kitabla) elə bir qövmü qorxudasan ki, ata-babaları (İsanın, yaxud İbrahimin zamanından bəri) qorxudulmamışlar, buna görə də (din həqiqətlərindən) qafildirlər.
Mişkini Tərcüməsi:
Şübhəsiz, onların əksəriyyətinə (Allahın Lövhi-Məhfuzda dərc olan) söz(ü: «Cəhənnəm onların yeridir» sözləri) sabit olmuş və həyata keçmişdir, buna görə də daha iman gətirməzlər.
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz onların boyunlarına çənələrinə kimi çatan zəncirlər keçirmişik, buna görə də başları yuxarı doğru qalmışdır. (buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə (nişanələrlə) ayılsınlar).
Mişkini Tərcüməsi:
Biz onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar).
Mişkini Tərcüməsi:
Sən ancaq nəsihətverici Quran(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla müjdə ver.
Mişkini Tərcüməsi:
Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (LövhiMəhfuzda) ətraflı surətdə sayıb hesablamışıq.
Mişkini Tərcüməsi:
(Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman ki, Allahın göndərdiyi (peyğəmbərlər) oraya gəlmişdi.
Mişkini Tərcüməsi:
O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz (həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: «Biz sizə göndərilmiş (peyğəmbərlər)ik».
Mişkini Tərcüməsi:
(Şəhər camaatı) dedi: «Siz də bizim kimi ancaq adi bir insansınız (peyğəmbər isə mələklərdən olmalıdır). Rəhman heç bir şey nazil etməmişdir, siz yalnız yalan danışırsınız».
Mişkini Tərcüməsi:
«Və bizim vəzifəmiz yalnız (öz risalətimizi) açıq-aşkar çatdırmaqdır. (Bizim vəzifəmiz möcüzələrin təkrarı, məcburi surətdə qəbul etdirmək, dünyada və axirətdə cəza və mükafat vermək deyildir)».
Mişkini Tərcüməsi:
Dedilər: «Biz siz(i görməy)i nəhs bildik (zərər və ziyan yetişməsinin bir əlaməti hesab edirik), şübhəsiz, əgər dediklərinizdən əl çəkməsəniz, mütləq sizi daşqalaq edəcəyik. Bizim tərəfimizdən sizə mütləq ağrılı bir əzab yetişəcəkdir».
Mişkini Tərcüməsi:
«Ondan qeyri məbudlaramı ibadət edim? Əgər Rəhman (olan Allah) mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzlər».
24
Yasin Surəsi, Ayə 24
إِنِّىٓ إِذًۭا لَّفِى ضَلَٰلٍۢ مُّبِينٍ
﴿24﴾
Mişkini Tərcüməsi:
«Belə olan surətdə, şübhəsiz, mən açıq-aşkar azğınlıqda olaram».
25
Yasin Surəsi, Ayə 25
إِنِّىٓ ءَامَنتُ بِرَبِّكُمْ فَٱسْمَعُونِ
﴿25﴾
Mişkini Tərcüməsi:
(Bu zaman peyğəmbərlərə xitabən dedi:) «Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim, belə isə məni eşidin (İman gətirməyimə şahid olun)».
Mişkini Tərcüməsi:
Biz ondan sonra qövmünün üstünə göydən heç bir qoşun nazil etmədik və (ondan qabaq da hər hansı bir qövmün məhvi üçün səmavi qoşun) nazil edən deyildik.
Mişkini Tərcüməsi:
Məgər onlar özlərindən öncə nə qədər insan cəmiyyətlərini uzun əsrlər (boyunca tüğyanlarının cəzası olaraq) məhv etdiyimizi və onların (keçmişdəki səhvlərini düzəltmələri üçün) bir daha bunların yanına qayıtmadığını görmürlərmi ?!
Mişkini Tərcüməsi:
Onlar üçün (aydın) bir nişanə (Bizim tovhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə) ölmüş həmin bu torpaqdır. Biz onu (həyat gücü və bitmək qabiliyyəti verməklə) diriltdik və ondan dən(li bitki)lər çıxartdıq, onlar da ondan yeyirlər.
Mişkini Tərcüməsi:
Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər (və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildir). Belə isə şükr etməzlər?!
Mişkini Tərcüməsi:
Bütün cütləri yerin yetişdirdiklərindən (ağaclar, otlar, heyvanlar və sairə) və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır.
Mişkini Tərcüməsi:
Onlar üçün (Allahın tovhidi və qüdrəti barədə digər) bir nişanə (səma nişanəsi) bu gecədir. Gündüzü ondan (paltar tək) çıxardan kimi onlar qaranlıq içində olarlar.
Mişkini Tərcüməsi:
Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir. (Planetlər sistemində onun seyr etməsinin) bu təqdir(i) və ölçü(sü) yenilməz qüvvət sahibi və (hər şeyi) bilən (Allah)dandır.
Mişkini Tərcüməsi:
Və bütöv halda olan ay üçün də mənzillər təyin etdik ki, o, xurma ağacının köhnə (sarı rəngli və qövsvari şəkildə olan) budağı kimi (hilal şəklinə) dönsün (və yenidən tədriclə bütövləşsin).
Mişkini Tərcüməsi:
Nə günəş (öz təbii hərəkət sistemində bu) aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların (günəş, ay və ulduzların) hər biri müəyyən bir dairədə üzürlər.
Mişkini Tərcüməsi:
Onların övladlarını (özləri və malları ilə) dolu gəmilərdə daşımağımız (dənizi, havanı və gəmini onlara ram etməyimiz) onlar üçün (digər) bir nişanədir. (Allahın tovhidi və qüdrətinə dair dənizdə olan nişanədir.)
Mişkini Tərcüməsi:
Onlara: «Önünüzdə (gələcəkdə edəcəyiniz şirk və fisqdən) və arxanızda olandan (indiyədək etdiyiniz küfr və fisqdən, yaxud dünyadakı günahlarınızdan və axirətdə onların cəzasından) qorxun, bəlkə sizə rəhm olunsun» – deyildikdə (etina etməzlər).
Mişkini Tərcüməsi:
Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!» – deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?» – deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz».
Mişkini Tərcüməsi:
Bir-birlərilə (öz dünya işləri barədə) çəkişdikləri halda onları yaxalayacaq yalnız (səmavi) bir nərənin (hamının ölümüylə nəticələnəcək surun birinci dəfə üfürülməsinin) intizarındadırlar.
Mişkini Tərcüməsi:
(Bu zaman) nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də öz adamlarının yanına qayıda bilərlər. (Bir anda yer üzündə olan hər bir insan və ümumiyyətlə hər bir canlı yerindəcə ölər).
Mişkini Tərcüməsi:
Deyərlər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun peyğəmbərləri doğru deyirlərmiş».
Mişkini Tərcüməsi:
(Bu zaman) üfürmə və nərə (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla (yaradılmış ilk insandan ölmüş axırıncı insanadək) Bizim hüzurumuzda (haqq-hesab və hökmetmə dayanacağında) hazır duracaqlar.
Mişkini Tərcüməsi:
Və (belə deyiləcəkdir:) «Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız (yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür)».
Mişkini Tərcüməsi:
Orada onlar üçün (hər cür) meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır.
58
Yasin Surəsi, Ayə 58
سَلَٰمٌۭ قَوْلًۭا مِّن رَّبٍّۢ رَّحِيمٍۢ
﴿58﴾
Mişkini Tərcüməsi:
(Onlara) salam vardır. (Bu salam) rəhimli Rəbbdən (gələn) bir sözdür.(Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər).
Mişkini Tərcüməsi:
Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»
Mişkini Tərcüməsi:
Əgər istəsək onların (müşriklərin) gözlərini (tamamilə) yox edərik, onda onlar (adət etdikləri) yol(ların)da bir-birini ötməyə çalışarlar. Amma haradan yolu görə bilərlər?! Necə görə bilərlər?! (Əlbəttə, görə bilməzlər. Lakin Biz bunu etmirik.)
Mişkini Tərcüməsi:
Əgər istəsək onları öz yerlərindəcə (harada olsalar) məsx edərik (heyvan yaxud cansız bir şey halına salarıq) ki, nə (məqsədlərinə doğru) gedə, nə də qayıda bilərlər (və nə məsx halında qala və nə də əvvəlki hala qayıda bilərlər).
Mişkini Tərcüməsi:
Və Biz Ona (Peyğəmbərə) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Onun oxuduğu yalnız bir öyüd-nəsihət, aşkar və aydınlıq gətirən Qurandır ki,
Mişkini Tərcüməsi:
qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun.
Mişkini Tərcüməsi:
Məgər Bizim (qüdrət) əllərimizin yaratdıqlarıından (ilk maddələrdən və canlıların vücud mənbəyindən) onlar üçün heyvanlar xəlq etdiyimizi və özlərinin də onlara malik və sahib olduqlarını görmürlərmi!?
Mişkini Tərcüməsi:
Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar üçün hazır qoşundurlar (dünyada bu bütləri qoruyub müdafiə edərlər, axirətdə isə onlara görə cəza görərlər).
Mişkini Tərcüməsi:
(Ya Muhəmməd!) onların (Allahı inkar etmək və sənin dəvətini qəbul etməmək barədə) sözü səni qəmgin etməsin, çünki Biz onların qəlblərində gizlətdiklərini də, dilləriylə aşkar etdiklərini də bilirik.(Hamısını cəzalandıracağıq).
Mişkini Tərcüməsi:
Məgər insan onu nütfədən yaratdığımızı (qəlb gözü ilə) görmədimi ki, birdən-birə (qısa bir müddət ərzində) (məad məsələsində) açıq-aşkar bir düşmən oldu?!
Mişkini Tərcüməsi:
Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?»
Mişkini Tərcüməsi:
O kəs ki, sizin üçün («mərx» və «əfar» adlı) yamyaşıl ağacdan (quru və yandırıcı) od əmələ gətirdi, beləliklə siz ondan (iki yaşıl budağı bir-birinə sürtməklə) qəfildən od yandırırsınız.
Mişkini Tərcüməsi:
Məgər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?! (Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin.) Əlbəttə (qadirdir). Odur kamil surətdə yaradan və (hər şeyi) bilən.
Mişkini Tərcüməsi:
Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar (heç bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar, sanki, ona «Ol» demiş, o da olmuşdur).
Mişkini Tərcüməsi:
Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı (qüdrət) əlində olan Allah (hər nöqsandan) pak (və uzaq)dır. (Siz insanlar hamınız) Ona tərəf qaytarılacaqsınız.