Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Sad Surəsi, Ayə 1
صٓ ۚ وَٱلْقُرْءَانِ ذِى ٱلذِّكْرِ
﴿1﴾
Mişkini Tərcüməsi:
Sad. (Bu, Allahla Onun Peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) And olsun şərəfli və (tovhidi, peyğəmbərləri və haqq maarifini) yada salan Qurana (ki, sən peyğəmbərsən və sözlərin doğrudur)!
Mişkini Tərcüməsi:
(Onların deyilənləri qəbul etməmələrinin səbəbi sənin təbliğinin qüsurlu olması deyil.) Əksinə, küfr edənlər təkəbbür və qürur, müxalifət və düşmənçilik içərisindədirlər.
Mişkini Tərcüməsi:
Onlardan qabaq bir çox insan cəmiyyətlərini məhv etdik. (Onlar əzab nazil olan zaman tövbə edib kömək diləyərək) fəryad qopardılar, amma həmin vaxt möhlət və fəryad vaxtı deyildi.
Mişkini Tərcüməsi:
Onlar özlərinə (mələk və cinlərdən deyil) öz (cins)lərindən qorxudan gəlməsindən təəccüb etdilər. Və kafirlər dedilər: «Bu, yalançı bir cadugərdir!
Mişkini Tərcüməsi:
Onların böyükləri və başçıları (Qüreyş və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən, bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur).
Mişkini Tərcüməsi:
Biz bunu (bu mətləbi, yəni gözəgörünməz bir məbuda ibadət edilməsini) son dində (atalarımızın dinində) eşitməmişik. Bu (iddia), uydurma yalandan başqa bir şey deyildir.
Mişkini Tərcüməsi:
Bu yada salan (Quran) bizim aramızdan ona (mal və məqam sahibi olmayan o kişiyə) nazil edilmişdir?!» (Onların bu kitabı qəbul etməmələrinin səbəbi, onun naqis olması deyil,) bəlkə, onlar (dünyaya ifrat dərəcədə bağlandıqları üçün) Mənim yada salan (Quran)ım barəsində şübhə içərisindədirlər. Bəlkə (hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki) hələ Mənim əzabımı dadmayıblar.
Mişkini Tərcüməsi:
Yoxsa sənin qüdrətli və çox əta edən (və ətalarının nümunələrindən biri nübüvvət və səma kitabı olan) Rəbbinin mərhəmət xəzinələri onların yanındadır (ki, istədikləri kəsə bağışlasınlar)?
Mişkini Tərcüməsi:
Yoxsa göylərin, yerin və bu ikisinin arasında olanların mülkiyyət və hakimiyyəti onlara məxsusdur?! (Əgər elədirsə) onda, (Peyğəmbərə kitabın nazil olmasının qarşısını almaq üçün) istənilən vasitə ilə yuxarı qalxsınlar.
Mişkini Tərcüməsi:
Onlar öz yerlərində (qədim peyğəmbərlərlə vuruşan) keçmiş dəstələrin qalıqlarından ibarət azacıq və məğlubiyyətə uğramış bir qoşundurlar.
Mişkini Tərcüməsi:
Onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad, saray və ordu (yaxud oyun və işkəncə mismarları) sahibi Firon da (Bizim peyğəmbərlərimizi) təkzib etdi.
Mişkini Tərcüməsi:
Həmçinin (Saleh pyeğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi.
Mişkini Tərcüməsi:
Onların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi.
Mişkini Tərcüməsi:
Və quşları onun ətrafına toplayıb (ona təslim etdik). (Dağ və quşların) hər biri (onun zikr avazı ilə) Allaha tərəf çox qayıdırdılar.
Mişkini Tərcüməsi:
Və onun hökmranlığını (say və gücünün çoxluğu ilə) qüvvətləndirdik və ona hikmət (əqli və ictimai elmlər, dini şəriətlər) və (haqq ilə batili bir-birindən) ayıran kəlamlar əta etdik.
Mişkini Tərcüməsi:
Bir-biri ilə çəkişən o bir neçə nəfərin (yaxud bir neçə mələyin qurma çəkişməsinin Davudun) otaq və mehrabın(ın) divarından aşan zamankı xəbəri sənə çatıbmı?
Mişkini Tərcüməsi:
O zaman onlar (qəflətən divarın o tərəfindən aşıb icazəsiz) Davudun yanına gəldilər və Davud onlardan qorxuya düşdü. Onlar dedilər: «Qorxma! Biz birimiz digərinə qarşı haqsızlıq etmiş çəkişən iki iddiaçıyıq. Bizim aramızda haqq əsasında hökm çıxar, ədalət yolundan çıxma və bizi doğru yola istiqamətləndir.
Mişkini Tərcüməsi:
(Onlardan biri dedi:) Həqiqətən, bu şəxs mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim bir dişi qoyunum var. O mənə «onu da mənə ver» dedi və o, söhbətdə mənə qalib gəlmişdir.
Mişkini Tərcüməsi:
(Davud) dedi: «Şübhəsiz, o, sənin dişi qoyununun öz qoyunlarına qatılmasını istəməklə sənə zülm etmişdir. Həqiqətən, malları bir-birinə qarışmış kəslərin çoxu bir-birlərinə qarşı haqsızlıq edirlər. İman gətirib yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar çox azdırlar. Davud (birdən) Bizim (bu tələsik hökm çıxarılmasında) onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rüku və səcdə edərək üzü üstə düşüb (Allaha tərəf) qayıtdı.
Mişkini Tərcüməsi:
Biz bunu (Davudun ittiham olunan tərəfdən bir şey soruşmadan iddia irəli sürülən kimi hökm çıxararaq daha düzgün üsulu tərk etməsini və ya mələklərin qurma mühakiməsində hökm çıxararkən səhvə düçar olmasını) ona bağışladıq. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
Mişkini Tərcüməsi:
(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır».
Mişkini Tərcüməsi:
Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də (cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!
Mişkini Tərcüməsi:
Məgər Biz iman gətirib yaxşı işlər görənləri (mükafatlandırma məqamında) yer üzündə fəsad törədənlərlə bir tutacağıq?! Yoxsa təqvalıları günahkarlarla bir tutacağıq?!
Mişkini Tərcüməsi:
(Bu Quran,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsil) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır.
Mişkini Tərcüməsi:
Dedi: «Mən cihad atlarını Rəbbimi yada salmaq üçün sevirəm» (Onun başı atlara tamaşa etməyə qarışdı və) nəhayət onlar gözdən itdilər (yaxud günəş batdı). [Yaxud: O, atlara tamaşa etməklə məşğul oldu və duasının vaxtı keçdi və] dedi: «Mən (bilmədən) atların sevgisini Rəbbimin zikrindən üstün tutdum, nəhayət günəş batdı. (Deməli mən daha üstün əməli tərk etdim.)»
Mişkini Tərcüməsi:
(Dedi:) «Atları qaytarın!» Beləliklə, (hamısını cihad yolunda vəqf etmək məqsədi ilə onların) baldır və boyunlar(ın)a əl çəkməyə başladı.
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz Süleymanı (böyüyəcəyindən xatircəm olduğu oğlu barəsində) imtahana çəkdik və onun taxtı üzərinə (cansız) bir cəsəd atdıq. Sonra o, Allaha tərəf qayıtdı (və haqqa təslim oldu).
Mişkini Tərcüməsi:
Dedi: «Ey Rəbbim! Məni bağışla və mənə (möcüzəvi şəkildə) məndən sonra (bəşər cəmiyyətinin tərbiyəsi məqamında) heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox əta edən Sənsən!»
Mişkini Tərcüməsi:
Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
Mişkini Tərcüməsi:
Və Bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb «şeytan məni (cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi) çətinlik və əzaba düçar etmişdir» dediyi zamanı (yada sal)!
Mişkini Tərcüməsi:
(Ona dedik:) «Ayağını (yerə) vur!» (Elə ki, o ayağını yerə vurdu, yerdən bir bulaq çıxdı. Ona dedik:) «Bu sərin çeşmə yuyunmaq və içmək üçündür».
Mişkini Tərcüməsi:
Tərəfimizdən mərhəmət və ağıl sahibləri üçün ibrət olsun deyə (yenidən) onun (zövcəsindən başqa hamsı məhv olmuş) ailəsini və onlarla birlikdə onların mislini ona əta etdik.
Mişkini Tərcüməsi:
Və (ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün) bir dəstə çubuq götür və onunla (yavaşca zövcəni) vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən, o (Bizə tərəf) çox qayıdan idi.
Mişkini Tərcüməsi:
Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal.
Mişkini Tərcüməsi:
(Davamçıları cəhənnəm oduna daxil olan zaman azğınlıq alimlərinə və zülmkar başçılara belə deyiləcək:) «Bunlar (dünyada sizə tabe olan və indi) sizinlə birlikdə məcburi şəkildə oda daxil olan bir dəstədirlər». (Onlar deyəcəklər:) «Xoşluq və rahatlıq görməsinlər! Çünki onlar da oda daxil olan və onu dadanlardır».
Mişkini Tərcüməsi:
(Onlara tabe olanlar da öz başçılarına) deyərlər: «Əksinə, siz xoşluq görməyəsiniz! (Çünki) bu odu bizim qarşımıza siz çıxardınız. (Ora) pis yerdir».
Mişkini Tərcüməsi:
(Həmçinin deyərlər:) Ey Rəbbimiz! Bunu (bu vəziyyəti) bizim qarşımıza çıxaran kəsin oddakı əzabını (özlərinin və bizi azdırmalarının əzabı olaraq) ikiqat artır!
Mişkini Tərcüməsi:
Və (od əhli) deyər: «Bizə nə olub ki, (dünyada) şər və pis insanlardan saydığımız kəsləri (islamçıları və dinpərəstləri burada) görmürük?!
Mişkini Tərcüməsi:
De: «Mən yalnız bir qorxudanam (mənə hələ ki, nə müharibə etmək əmr edilmişdir, nə şəriət hökmlərini icra etmək tapşırılmışdır və nə də mükafat və ya cəza verənəm). (Üluhiyyət, rübubiyyət, ibadət və itaətdə) tək və bütün varlıq aləminə qalib olan Allahdan başqa heç bir məbud yoxdur».
Mişkini Tərcüməsi:
Mənim (bundan əvvəl) yuxarı aləm barəsində (oradakı söhbətlər və oranın mələklərinin) bir-birləri ilə (Adəmin yaradılışı haqqında) mübahisə edərkən (danışıqlarından) heç bir məlumatım yox idi.
Mişkini Tərcüməsi:
(Yuxarı aləmdə olan söhbət və mübahisəyə diqqət etmək üçün yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə buyurdu: «Həqiqətən, Mən gildən bir bəşər yaratmaq istəyirəm.
Mişkini Tərcüməsi:
(Allah) buyurdu: «Ey İblis!Sənə Mənim öz əlimlə (vasitəsiz olaraq Öz istəyimlə) yaratdığıma səcdə etməyə nə mane oldu?» Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən?
Mişkini Tərcüməsi:
Dedi: «Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan (od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır).
77
Sad Surəsi, Ayə 77
قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌۭ
﴿77﴾
Mişkini Tərcüməsi:
(Allah) buyurdu: «Belə isə oradan (göylərdən, mələklərin içindən və ilahi dərgaha yaxınlıq məqamından) xaric ol ki, sən həqiqətən, qovulmuşsan!
Mişkini Tərcüməsi:
(İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam.
83
Sad Surəsi, Ayə 83
إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ
﴿83﴾
Mişkini Tərcüməsi:
Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla».
84
Sad Surəsi, Ayə 84
قَالَ فَٱلْحَقُّ وَٱلْحَقَّ أَقُولُ
﴿84﴾
Mişkini Tərcüməsi:
(Allah) buyurdu: «Haqq Məndəndir və Mən haqq danışanam.
Mişkini Tərcüməsi:
(Ya Peyğəmbər!) De: «Mən bunun (peyğəmbərlik və kitabın) müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm.
87
Sad Surəsi, Ayə 87
إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ
﴿87﴾
Mişkini Tərcüməsi:
Bu (Quran), aləmdəkilərin hamısı üçün yalnız bir ibrət və yada salmadır.
88
Sad Surəsi, Ayə 88
وَلَتَعْلَمُنَّ نَبَأَهُۥ بَعْدَ حِينٍۭ
﴿88﴾
Mişkini Tərcüməsi:
Əlbəttə, onun xəbərini bir müddət sonra biləcəksiniz (bəşəriyyətin nəsli kəsilənədək tədricən onun həqiqət və maarifi insan cəmiyyəti üçün aydınlaşacaq və onun digər dinləri üstələməsi məlum olacaqdır).