Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əz-Zariyat Surəsi, Ayə 1
وَٱلذَّٰرِيَٰتِ ذَرْوًۭا
﴿1﴾
Mişkini Tərcüməsi:
And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!
Mişkini Tərcüməsi:
(and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara.
4
Əz-Zariyat Surəsi, Ayə 4
فَٱلْمُقَسِّمَٰتِ أَمْرًا
﴿4﴾
Mişkini Tərcüməsi:
(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,
5
Əz-Zariyat Surəsi, Ayə 5
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌۭ
﴿5﴾
Mişkini Tərcüməsi:
həqiqətən, sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur.
6
Əz-Zariyat Surəsi, Ayə 6
وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌۭ
﴿6﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir.
7
Əz-Zariyat Surəsi, Ayə 7
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ
﴿7﴾
Mişkini Tərcüməsi:
And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına
8
Əz-Zariyat Surəsi, Ayə 8
إِنَّكُمْ لَفِى قَوْلٍۢ مُّخْتَلِفٍۢ
﴿8﴾
Mişkini Tərcüməsi:
ki, həqiqətən, (siz Məkkə əhlinin Peyğəmbər və onun Quranı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Quran barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şeirdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.)
9
Əz-Zariyat Surəsi, Ayə 9
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ
﴿9﴾
Mişkini Tərcüməsi:
Ondan (Peyğəmbərdən və onun Quranından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qurandan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.)
10
Əz-Zariyat Surəsi, Ayə 10
قُتِلَ ٱلْخَرَّٰصُونَ
﴿10﴾
Mişkini Tərcüməsi:
Ölüm olsun (Peyğəmbər, Quran və məad barəsində iftira söyləyən) yalançılara!
Mişkini Tərcüməsi:
(Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir».
15
Əz-Zariyat Surəsi, Ayə 15
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍۢ وَعُيُونٍ
﴿15﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.
Mişkini Tərcüməsi:
Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər.
Mişkini Tərcüməsi:
Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.
20
Əz-Zariyat Surəsi, Ayə 20
وَفِى ٱلْأَرْضِ ءَايَٰتٌۭ لِّلْمُوقِنِينَ
﴿20﴾
Mişkini Tərcüməsi:
Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.
21
Əz-Zariyat Surəsi, Ayə 21
وَفِىٓ أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ
﴿21﴾
Mişkini Tərcüməsi:
Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!
Mişkini Tərcüməsi:
Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir.
Mişkini Tərcüməsi:
Beləliklə, and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib).
Mişkini Tərcüməsi:
Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə)». (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi).
Mişkini Tərcüməsi:
Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və (təəccüb və sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!»
Mişkini Tərcüməsi:
(İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq.
Mişkini Tərcüməsi:
Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır).
Mişkini Tərcüməsi:
Beləliklə, o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir».
Mişkini Tərcüməsi:
Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişənələr vardır.)
Mişkini Tərcüməsi:
Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə də Bizim qəzəb və qüdrətimizin nişanəsi vardır).
Mişkini Tərcüməsi:
Onlar (həmin möhlət verilən günlərdə də) Rəbblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı.
Mişkini Tərcüməsi:
Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq.
Mişkini Tərcüməsi:
(Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən, mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.
Mişkini Tərcüməsi:
(Keçmişdəkilər və gələcəkdəkilər) bu işi bir-birlərinə tövsiyə ediblər?! Xeyr! Onlar (zatən) itaətsiz və həddi aşan bir dəstədirlər.
54
Əz-Zariyat Surəsi, Ayə 54
فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍۢ
﴿54﴾
Mişkini Tərcüməsi:
Buna görə də onlardan üz döndər ki, sən (onlardan üz döndərdiyinə görə) məzəmmətə layiq deyilsən.
Mişkini Tərcüməsi:
Odur ki, həqiqətən, (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər.