Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
53

Ən-Nəcm Surəsi

62 Ayə 27-ci Cüz Məkkədə nazil olub
سُورَةُ النجم Ayətəllah Mişkini Tərcüməsi

Ən-Nəcm Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ən-Nəcm Surəsi, Ayə 1

وَٱلنَّجْمِ إِذَا هَوَىٰ ﴿1﴾

Mişkini Tərcüməsi: And olsun çıxmaqda və batmaqda olan ulduza. (Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Quranın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə.)
2 Ən-Nəcm Surəsi, Ayə 2

مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ ﴿2﴾

Mişkini Tərcüməsi: Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb.
3 Ən-Nəcm Surəsi, Ayə 3

وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ ﴿3﴾

Mişkini Tərcüməsi: O, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.
4 Ən-Nəcm Surəsi, Ayə 4

إِنْ هُوَ إِلَّا وَحْىٌۭ يُوحَىٰ ﴿4﴾

Mişkini Tərcüməsi: Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir.
5 Ən-Nəcm Surəsi, Ayə 5

عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ ﴿5﴾

Mişkini Tərcüməsi: Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir.
6 Ən-Nəcm Surəsi, Ayə 6

ذُو مِرَّةٍۢ فَٱسْتَوَىٰ ﴿6﴾

Mişkini Tərcüməsi: (Yaradılışında) güc və qüvvə (və ağılda möhkəmlik və mətanət) sahibi olan! Beləliklə o, (özünün əsl qiyafəsində Peyğəmbərin (s) qarşısında) dayandı.
7 Ən-Nəcm Surəsi, Ayə 7

وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ ﴿7﴾

Mişkini Tərcüməsi: (Yerdən) üstün üfüqdə olduğu halda.
8 Ən-Nəcm Surəsi, Ayə 8

ثُمَّ دَنَا فَتَدَلَّىٰ ﴿8﴾

Mişkini Tərcüməsi: Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu.
9 Ən-Nəcm Surəsi, Ayə 9

فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ ﴿9﴾

Mişkini Tərcüməsi: Beləliklə, (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi.
10 Ən-Nəcm Surəsi, Ayə 10

فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ ﴿10﴾

Mişkini Tərcüməsi: Beləliklə də, Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi.
11 Ən-Nəcm Surəsi, Ayə 11

مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ ﴿11﴾

Mişkini Tərcüməsi: (Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi.
12 Ən-Nəcm Surəsi, Ayə 12

أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ ﴿12﴾

Mişkini Tərcüməsi: Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?!
13 Ən-Nəcm Surəsi, Ayə 13

وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ ﴿13﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qifayəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü.
14 Ən-Nəcm Surəsi, Ayə 14

عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ ﴿14﴾

Mişkini Tərcüməsi: Sidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında.
15 Ən-Nəcm Surəsi, Ayə 15

عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ ﴿15﴾

Mişkini Tərcüməsi: (Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır.
16 Ən-Nəcm Surəsi, Ayə 16

إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ ﴿16﴾

Mişkini Tərcüməsi: Bürüyən şey (nur, gözəllik və saysız mələklər) o sidrəni əhatə edən zaman
17 Ən-Nəcm Surəsi, Ayə 17

مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ ﴿17﴾

Mişkini Tərcüməsi: (Peyğəmbərin) göz(ü gördüyünü) əsla səhv görmədi və (görməli olduğunda) həddi aşmadı.
18 Ən-Nəcm Surəsi, Ayə 18

لَقَدْ رَأَىٰ مِنْ ءَايَٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ ﴿18﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, öz Rəbbinin çox böyük nişanələrindən (bir qismini) gördü.
19 Ən-Nəcm Surəsi, Ayə 19

أَفَرَءَيْتُمُ ٱللَّٰتَ وَٱلْعُزَّىٰ ﴿19﴾

Mişkini Tərcüməsi: Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin.
20 Ən-Nəcm Surəsi, Ayə 20

وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ ﴿20﴾

Mişkini Tərcüməsi: Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)
21 Ən-Nəcm Surəsi, Ayə 21

أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلْأُنثَىٰ ﴿21﴾

Mişkini Tərcüməsi: (Sizin fikrinizcə) oğlan sizə və qız (isə) Allaha məxsusdur?
22 Ən-Nəcm Surəsi, Ayə 22

تِلْكَ إِذًۭا قِسْمَةٌۭ ضِيزَىٰٓ ﴿22﴾

Mişkini Tərcüməsi: Belə olan halda bu bölgü zalımanədir!
23 Ən-Nəcm Surəsi, Ayə 23

إِنْ هِىَ إِلَّآ أَسْمَآءٌۭ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهْوَى ٱلْأَنفُسُ ۖ وَلَقَدْ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلْهُدَىٰٓ ﴿23﴾

Mişkini Tərcüməsi: (Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Quran və Peyğəmbər) gəlmişdir.
24 Ən-Nəcm Surəsi, Ayə 24

أَمْ لِلْإِنسَٰنِ مَا تَمَنَّىٰ ﴿24﴾

Mişkini Tərcüməsi: Məgər istədiyi (hər) şey insan üçün (dərhal) hazır olur (ki, bütlər tanrı, hacətləri verən və şəfaətçi olsunlar)?!
25 Ən-Nəcm Surəsi, Ayə 25

فَلِلَّهِ ٱلْءَاخِرَةُ وَٱلْأُولَىٰ ﴿25﴾

Mişkini Tərcüməsi: (Xeyir, belə deyil!) Çünki axirət və dünya (ancaq) Allaha məxsusdur (və Onun bunlarda şəriki yoxdur).
26 Ən-Nəcm Surəsi, Ayə 26

۞ وَكَم مِّن مَّلَكٍۢ فِى ٱلسَّمَٰوَٰتِ لَا تُغْنِى شَفَٰعَتُهُمْ شَيْـًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ ﴿26﴾

Mişkini Tərcüməsi: Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür).
27 Ən-Nəcm Surəsi, Ayə 27

إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ لَيُسَمُّونَ ٱلْمَلَٰٓئِكَةَ تَسْمِيَةَ ٱلْأُنثَىٰ ﴿27﴾

Mişkini Tərcüməsi: Həqiqətən, axirətə imanı olmayan kəslər mələkləri qadın adı ilə adlandırırlar (onların Allahın qızları olmasını deyirlər).
28 Ən-Nəcm Surəsi, Ayə 28

وَمَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ ۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًۭٔا ﴿28﴾

Mişkini Tərcüməsi: Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz.
29 Ən-Nəcm Surəsi, Ayə 29

فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿29﴾

Mişkini Tərcüməsi: Buna görə də Bizi yad etməkdən (və Bizim Quranımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə).
30 Ən-Nəcm Surəsi, Ayə 30

ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ ٱلْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِمَنِ ٱهْتَدَىٰ ﴿30﴾

Mişkini Tərcüməsi: Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən, sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır.
31 Ən-Nəcm Surəsi, Ayə 31

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ لِيَجْزِىَ ٱلَّذِينَ أَسَٰٓـُٔوا۟ بِمَا عَمِلُوا۟ وَيَجْزِىَ ٱلَّذِينَ أَحْسَنُوا۟ بِٱلْحُسْنَى ﴿31﴾

Mişkini Tərcüməsi: Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allaha məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun qüdrət əlindədir. O hamını yaradıb) ki, pislik etmiş kəsləri etdiklərinin müqabilində (və ya həmin əməllərin gerçək axirət təzahürü ilə) cəzalandırsın və yaxşı işlər görmüş kəslərə daha yaxşı mükafat ilə əvəz versin.
32 Ən-Nəcm Surəsi, Ayə 32

ٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌۭ فِى بُطُونِ أُمَّهَٰتِكُمْ ۖ فَلَا تُزَكُّوٓا۟ أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ﴿32﴾

Mişkini Tərcüməsi: Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şəri cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.
33 Ən-Nəcm Surəsi, Ayə 33

أَفَرَءَيْتَ ٱلَّذِى تَوَلَّىٰ ﴿33﴾

Mişkini Tərcüməsi: (Tovhiddən, cihaddan və malını Allah yolunda xərcləməkdən) üz çevirəni gördünmü?
34 Ən-Nəcm Surəsi, Ayə 34

وَأَعْطَىٰ قَلِيلًۭا وَأَكْدَىٰٓ ﴿34﴾

Mişkini Tərcüməsi: Və (öz malından) bir az verib (qalanını verməyə) xəsislik göstərəni?
35 Ən-Nəcm Surəsi, Ayə 35

أَعِندَهُۥ عِلْمُ ٱلْغَيْبِ فَهُوَ يَرَىٰٓ ﴿35﴾

Mişkini Tərcüməsi: Məgər o, qeybi bilir və (qəlb gözü ilə gələcəyi – malını Allah yolunda verəcəyi təqdirdə yoxsullaşacağını) görür?!
36 Ən-Nəcm Surəsi, Ayə 36

أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِى صُحُفِ مُوسَىٰ ﴿36﴾

Mişkini Tərcüməsi: Yoxsa Musanın (Tövratının) səhifələrindəkilərdən xəbər tutmayıb?
37 Ən-Nəcm Surəsi, Ayə 37

وَإِبْرَٰهِيمَ ٱلَّذِى وَفَّىٰٓ ﴿37﴾

Mişkini Tərcüməsi: Və (yaxud Allaha itaətə, tovhidin çatdırılmasına, mübarizədə səbrə və imtahanın yerinə yetirilməsində əhdə) tam vəfa etmiş İbrahim (in səhifələrində olanlardan)?
38 Ən-Nəcm Surəsi, Ayə 38

أَلَّا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ﴿38﴾

Mişkini Tərcüməsi: (Onlarda deyilir) ki: «Heç kəs başqasının günah yūkünü götürməyəcəkdir. ≫
39 Ən-Nəcm Surəsi, Ayə 39

وَأَن لَّيْسَ لِلْإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ ﴿39﴾

Mişkini Tərcüməsi: Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.
40 Ən-Nəcm Surəsi, Ayə 40

وَأَنَّ سَعْيَهُۥ سَوْفَ يُرَىٰ ﴿40﴾

Mişkini Tərcüməsi: Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir.
41 Ən-Nəcm Surəsi, Ayə 41

ثُمَّ يُجْزَىٰهُ ٱلْجَزَآءَ ٱلْأَوْفَىٰ ﴿41﴾

Mişkini Tərcüməsi: Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir.
42 Ən-Nəcm Surəsi, Ayə 42

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلْمُنتَهَىٰ ﴿42﴾

Mişkini Tərcüməsi: (Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir.
43 Ən-Nəcm Surəsi, Ayə 43

وَأَنَّهُۥ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ ﴿43﴾

Mişkini Tərcüməsi: Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur.
44 Ən-Nəcm Surəsi, Ayə 44

وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحْيَا ﴿44﴾

Mişkini Tərcüməsi: (Bütün canlıları müəyyən edilmiş vaxtda) öldürən və (bütün ölülüləri Öz istəyi ilə) dirildən (də) Odur.
45 Ən-Nəcm Surəsi, Ayə 45

وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰ ﴿45﴾

Mişkini Tərcüməsi: Həmçinin erkək və dişi cütlərini yaradan Odur.
46 Ən-Nəcm Surəsi, Ayə 46

مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ ﴿46﴾

Mişkini Tərcüməsi: Uşaqlığa tökülən zaman, nütfədən!
47 Ən-Nəcm Surəsi, Ayə 47

وَأَنَّ عَلَيْهِ ٱلنَّشْأَةَ ٱلْأُخْرَىٰ ﴿47﴾

Mişkini Tərcüməsi: Həmçinin (səma kitabları və bəşəri şəriətlərdə yazıldığı kimi əzəli elm və qəti ilahi istəyə əsasən) digər aləmi yaratmaq Onun öhdəsinədir.
48 Ən-Nəcm Surəsi, Ayə 48

وَأَنَّهُۥ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ ﴿48﴾

Mişkini Tərcüməsi: Və (istədiyini) ehtiyacsız edən və daimi sərvət verən (da) Odur
49 Ən-Nəcm Surəsi, Ayə 49

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ ﴿49﴾

Mişkini Tərcüməsi: (Bəzi müşriklərin ibadət etdikləri) Şiranın (Şira ulduzunun da) Rəbbi Odur.
50 Ən-Nəcm Surəsi, Ayə 50

وَأَنَّهُۥٓ أَهْلَكَ عَادًا ٱلْأُولَىٰ ﴿50﴾

Mişkini Tərcüməsi: (Hudun qövmü) birinci Adı (Ad tayfasını) həlak edən də Odur.
51 Ən-Nəcm Surəsi, Ayə 51

وَثَمُودَا۟ فَمَآ أَبْقَىٰ ﴿51﴾

Mişkini Tərcüməsi: Həmçinin (Salehin qövmü) Səmudu! (Onlardan bir nəfəri belə) saxlamadı.
52 Ən-Nəcm Surəsi, Ayə 52

وَقَوْمَ نُوحٍۢ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ ﴿52﴾

Mişkini Tərcüməsi: Eləcə də, onlardan əvvəl Nuhun daha zülmkar və üsyankar olan qövmünü (həlak etdi).
53 Ən-Nəcm Surəsi, Ayə 53

وَٱلْمُؤْتَفِكَةَ أَهْوَىٰ ﴿53﴾

Mişkini Tərcüməsi: Və (Lutun qövmünün yuxarı qaldırdıqdan sonra) üzü üstə yerə çırpdığı alt-üst edilmiş şəhərləri (ni)!
54 Ən-Nəcm Surəsi, Ayə 54

فَغَشَّىٰهَا مَا غَشَّىٰ ﴿54﴾

Mişkini Tərcüməsi: Beləliklə, o şəhərləri (şiddətli əzab, daş yağış və sairədən) bürüyən bürüdü.
55 Ən-Nəcm Surəsi, Ayə 55

فَبِأَىِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ﴿55﴾

Mişkini Tərcüməsi: (Bütün hadisələr aləmin kamil quruluşunu təşkil edən nemətlərin fövqündədir.) Belə isə Rəbbinin nemətlərinin hans birinə şəkk edirsən?!
56 Ən-Nəcm Surəsi, Ayə 56

هَٰذَا نَذِيرٌۭ مِّنَ ٱلنُّذُرِ ٱلْأُولَىٰٓ ﴿56﴾

Mişkini Tərcüməsi: Bu (Peyğəmbər və onun kitabı, bunların hər biri bəşəriyyət üçün) əvvəlki qorxudanlar qismindən olan bir qorxudandır.
57 Ən-Nəcm Surəsi, Ayə 57

أَزِفَتِ ٱلْءَازِفَةُ ﴿57﴾

Mişkini Tərcüməsi: (Allahın zatına məxsus əzəli ilahi elmə əsasən) yaxınlaşmalı olan (Qiyamət) yaxınlaşmışdır.
58 Ən-Nəcm Surəsi, Ayə 58

لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ﴿58﴾

Mişkini Tərcüməsi: Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və əzabını) dəf edə bilməz.
59 Ən-Nəcm Surəsi, Ayə 59

أَفَمِنْ هَٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ ﴿59﴾

Mişkini Tərcüməsi: Yoxsa (ümmətlərin vəziyyəti, Qiyamətin yaxınlaşması və Qur'an barəsində deyilən) bu sözə təəccüb edirsiniz?!
60 Ən-Nəcm Surəsi, Ayə 60

وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ ﴿60﴾

Mişkini Tərcüməsi: Və gülürsünüz, ağlamırsınız?!
61 Ən-Nəcm Surəsi, Ayə 61

وَأَنتُمْ سَٰمِدُونَ ﴿61﴾

Mişkini Tərcüməsi: Təkəbbür göstərir, oxuyur, əyləncə və qəflət içərisindəsiniz?!
62 Ən-Nəcm Surəsi, Ayə 62

فَٱسْجُدُوا۟ لِلَّهِ وَٱعْبُدُوا۟ ۩ ﴿62﴾

Mişkini Tərcüməsi: Allaha səcdə və ibadət edin!
Əvvəlki: 52. Ət-Tur Bütün Surələr ↑ Növbəti: 54. Əl-Qəmər