Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
80

Əbəsə Surəsi

42 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ عبس Ayətəllah Mişkini Tərcüməsi

Əbəsə Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əbəsə Surəsi, Ayə 1

عَبَسَ وَتَوَلَّىٰٓ ﴿1﴾

Mişkini Tərcüməsi: Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).
2 Əbəsə Surəsi, Ayə 2

أَن جَآءَهُ ٱلْأَعْمَىٰ ﴿2﴾

Mişkini Tərcüməsi: O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)
3 Əbəsə Surəsi, Ayə 3

وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ﴿3﴾

Mişkini Tərcüməsi: Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!
4 Əbəsə Surəsi, Ayə 4

أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ ﴿4﴾

Mişkini Tərcüməsi: Yaxud (haqq sözü eşitməklə) öyüd-nəsihət alacaq və bu öyüd-nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!
5 Əbəsə Surəsi, Ayə 5

أَمَّا مَنِ ٱسْتَغْنَىٰ ﴿5﴾

Mişkini Tərcüməsi: Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,
6 Əbəsə Surəsi, Ayə 6

فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ﴿6﴾

Mişkini Tərcüməsi: Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!
7 Əbəsə Surəsi, Ayə 7

وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ ﴿7﴾

Mişkini Tərcüməsi: Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.
8 Əbəsə Surəsi, Ayə 8

وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ ﴿8﴾

Mişkini Tərcüməsi: Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,
9 Əbəsə Surəsi, Ayə 9

وَهُوَ يَخْشَىٰ ﴿9﴾

Mişkini Tərcüməsi: (Özü də Allahından) qorxduğu halda,
10 Əbəsə Surəsi, Ayə 10

فَأَنتَ عَنْهُ تَلَهَّىٰ ﴿10﴾

Mişkini Tərcüməsi: Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!
11 Əbəsə Surəsi, Ayə 11

كَلَّآ إِنَّهَا تَذْكِرَةٌۭ ﴿11﴾

Mişkini Tərcüməsi: Belə olmamalıdır. Bu Quran ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.
12 Əbəsə Surəsi, Ayə 12

فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿12﴾

Mişkini Tərcüməsi: Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).
13 Əbəsə Surəsi, Ayə 13

فِى صُحُفٍۢ مُّكَرَّمَةٍۢ ﴿13﴾

Mişkini Tərcüməsi: (Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.
14 Əbəsə Surəsi, Ayə 14

مَّرْفُوعَةٍۢ مُّطَهَّرَةٍۭ ﴿14﴾

Mişkini Tərcüməsi: Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).
15 Əbəsə Surəsi, Ayə 15

بِأَيْدِى سَفَرَةٍۢ ﴿15﴾

Mişkini Tərcüməsi: (Onun üzünü Lövhi-Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.
16 Əbəsə Surəsi, Ayə 16

كِرَامٍۭ بَرَرَةٍۢ ﴿16﴾

Mişkini Tərcüməsi: (Onlar) yaxşı iş görən əzizlərdir.
17 Əbəsə Surəsi, Ayə 17

قُتِلَ ٱلْإِنسَٰنُ مَآ أَكْفَرَهُۥ ﴿17﴾

Mişkini Tərcüməsi: Ölsün insan! Nə qədər də kafir və nankordur!
18 Əbəsə Surəsi, Ayə 18

مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ ﴿18﴾

Mişkini Tərcüməsi: (Allahı) onu nədən yaratmışdır?
19 Əbəsə Surəsi, Ayə 19

مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ﴿19﴾

Mişkini Tərcüməsi: Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.
20 Əbəsə Surəsi, Ayə 20

ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ﴿20﴾

Mişkini Tərcüməsi: Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,
21 Əbəsə Surəsi, Ayə 21

ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ ﴿21﴾

Mişkini Tərcüməsi: Sonra onu öldürdü və qəbrə qoydu.
22 Əbəsə Surəsi, Ayə 22

ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ﴿22﴾

Mişkini Tərcüməsi: Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
23 Əbəsə Surəsi, Ayə 23

كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ ﴿23﴾

Mişkini Tərcüməsi: Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam-kamal surətdə) yerinə yetirməmişdir.
24 Əbəsə Surəsi, Ayə 24

فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ﴿24﴾

Mişkini Tərcüməsi: Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!
25 Əbəsə Surəsi, Ayə 25

أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّۭا ﴿25﴾

Mişkini Tərcüməsi: Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq.
26 Əbəsə Surəsi, Ayə 26

ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّۭا ﴿26﴾

Mişkini Tərcüməsi: Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq.
27 Əbəsə Surəsi, Ayə 27

فَأَنۢبَتْنَا فِيهَا حَبًّۭا ﴿27﴾

Mişkini Tərcüməsi: Beləliklə, orada dən (müxtəlif və saysız-hesabsız növlərdə dənli bitkilər) bitirdik;
28 Əbəsə Surəsi, Ayə 28

وَعِنَبًۭا وَقَضْبًۭا ﴿28﴾

Mişkini Tərcüməsi: Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər;
29 Əbəsə Surəsi, Ayə 29

وَزَيْتُونًۭا وَنَخْلًۭا ﴿29﴾

Mişkini Tərcüməsi: Zeytun və xurma ağacı;
30 Əbəsə Surəsi, Ayə 30

وَحَدَآئِقَ غُلْبًۭا ﴿30﴾

Mişkini Tərcüməsi: İri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar;
31 Əbəsə Surəsi, Ayə 31

وَفَٰكِهَةًۭ وَأَبًّۭا ﴿31﴾

Mişkini Tərcüməsi: Həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot-ələf
32 Əbəsə Surəsi, Ayə 32

مَّتَٰعًۭا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ ﴿32﴾

Mişkini Tərcüməsi: Sizin və heyvanlarınızın bəhrələnməyi üçündür.
33 Əbəsə Surəsi, Ayə 33

فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ﴿33﴾

Mişkini Tərcüməsi: Beləliklə, qulaqları kar edən o nə’rə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,
34 Əbəsə Surəsi, Ayə 34

يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ ﴿34﴾

Mişkini Tərcüməsi: O gün insan qaçar öz qardaşından;
35 Əbəsə Surəsi, Ayə 35

وَأُمِّهِۦ وَأَبِيهِ ﴿35﴾

Mişkini Tərcüməsi: Anasından və atasından;
36 Əbəsə Surəsi, Ayə 36

وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ ﴿36﴾

Mişkini Tərcüməsi: Zövcəsindən və oğullarından.
37 Əbəsə Surəsi, Ayə 37

لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُمْ يَوْمَئِذٍۢ شَأْنٌۭ يُغْنِيهِ ﴿37﴾

Mişkini Tərcüməsi: O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır.
38 Əbəsə Surəsi, Ayə 38

وُجُوهٌۭ يَوْمَئِذٍۢ مُّسْفِرَةٌۭ ﴿38﴾

Mişkini Tərcüməsi: O gün bir çox üzlər parıldayacaq,
39 Əbəsə Surəsi, Ayə 39

ضَاحِكَةٌۭ مُّسْتَبْشِرَةٌۭ ﴿39﴾

Mişkini Tərcüməsi: Güləcək və sevinəcək.
40 Əbəsə Surəsi, Ayə 40

وَوُجُوهٌۭ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌۭ ﴿40﴾

Mişkini Tərcüməsi: O gün bəzi üzlərdə isə toz-torpaq və küdurət olacaqdır.
41 Əbəsə Surəsi, Ayə 41

تَرْهَقُهَا قَتَرَةٌ ﴿41﴾

Mişkini Tərcüməsi: Qaranlıq və zülmət onları bürüyəcəkdir.
42 Əbəsə Surəsi, Ayə 42

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ ﴿42﴾

Mişkini Tərcüməsi: Onlar həmin kafirlər və pozğunlardır!
Əvvəlki: 79. Ən-Naziat Bütün Surələr ↑ Növbəti: 81. Ət-Təkvir