Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əş-Şəms Surəsi, Ayə 1
وَٱلشَّمْسِ وَضُحَىٰهَا
﴿1﴾
Mişkini Tərcüməsi:
And olsun günəşə və onun şüasının vüsətinə,
2
Əş-Şəms Surəsi, Ayə 2
وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا
﴿2﴾
Mişkini Tərcüməsi:
And olsun (günəşin) ardınca çıxmaqda olan aya.
3
Əş-Şəms Surəsi, Ayə 3
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
﴿3﴾
Mişkini Tərcüməsi:
And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.
4
Əş-Şəms Surəsi, Ayə 4
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا
﴿4﴾
Mişkini Tərcüməsi:
And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.
5
Əş-Şəms Surəsi, Ayə 5
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا
﴿5﴾
Mişkini Tərcüməsi:
And olsun göyə və onu bina edən (O qüdrətli varlığa, vücuda),
6
Əş-Şəms Surəsi, Ayə 6
وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا
﴿6﴾
Mişkini Tərcüməsi:
And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).
7
Əş-Şəms Surəsi, Ayə 7
وَنَفْسٍۢ وَمَا سَوَّىٰهَا
﴿7﴾
Mişkini Tərcüməsi:
Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).
8
Əş-Şəms Surəsi, Ayə 8
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا
﴿8﴾
Mişkini Tərcüməsi:
Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.
9
Əş-Şəms Surəsi, Ayə 9
قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا
﴿9﴾
Mişkini Tərcüməsi:
Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!.
10
Əş-Şəms Surəsi, Ayə 10
وَقَدْ خَابَ مَن دَسَّىٰهَا
﴿10﴾
Mişkini Tərcüməsi:
Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!.
11
Əş-Şəms Surəsi, Ayə 11
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ
﴿11﴾
Mişkini Tərcüməsi:
Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi.
12
Əş-Şəms Surəsi, Ayə 12
إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا
﴿12﴾
Mişkini Tərcüməsi:
Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman,
Mişkini Tərcüməsi:
Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.
15
Əş-Şəms Surəsi, Ayə 15
وَلَا يَخَافُ عُقْبَٰهَا
﴿15﴾
Mişkini Tərcüməsi:
Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.