Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Müddəssir Surəsi, Ayə 1
يَٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ
﴿1﴾
Mişkini Tərcüməsi:
Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş (və ey nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən).
2
Əl-Müddəssir Surəsi, Ayə 2
قُمْ فَأَنذِرْ
﴿2﴾
Mişkini Tərcüməsi:
Qalx və (ins və cin mükəlləflərini) qorxut!
3
Əl-Müddəssir Surəsi, Ayə 3
وَرَبَّكَ فَكَبِّرْ
﴿3﴾
Mişkini Tərcüməsi:
Öz Rəbbinə «təkbir» de və (sözlə və əməllə) Onu uca tut!
4
Əl-Müddəssir Surəsi, Ayə 4
وَثِيَابَكَ فَطَهِّرْ
﴿4﴾
Mişkini Tərcüməsi:
Və libaslarını pak et (bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et və zövcələrini küfr və fisqdən paklandır).
5
Əl-Müddəssir Surəsi, Ayə 5
وَٱلرُّجْزَ فَٱهْجُرْ
﴿5﴾
Mişkini Tərcüməsi:
Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.
6
Əl-Müddəssir Surəsi, Ayə 6
وَلَا تَمْنُن تَسْتَكْثِرُ
﴿6﴾
Mişkini Tərcüməsi:
Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!
7
Əl-Müddəssir Surəsi, Ayə 7
وَلِرَبِّكَ فَٱصْبِرْ
﴿7﴾
Mişkini Tərcüməsi:
Və öz Rəbbin üçün səbr et.
8
Əl-Müddəssir Surəsi, Ayə 8
فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ
﴿8﴾
Mişkini Tərcüməsi:
Elə ki, sura üfürülər.
9
Əl-Müddəssir Surəsi, Ayə 9
فَذَٰلِكَ يَوْمَئِذٍۢ يَوْمٌ عَسِيرٌ
﴿9﴾
Mişkini Tərcüməsi:
O gün çətin bir gündür.
10
Əl-Müddəssir Surəsi, Ayə 10
عَلَى ٱلْكَٰفِرِينَ غَيْرُ يَسِيرٍۢ
﴿10﴾
Mişkini Tərcüməsi:
Kafirlər üçün asan deyildir.
11
Əl-Müddəssir Surəsi, Ayə 11
ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًۭا
﴿11﴾
Mişkini Tərcüməsi:
Məni Öz yaratdığım kimsə ilə tək burax.
12
Əl-Müddəssir Surəsi, Ayə 12
وَجَعَلْتُ لَهُۥ مَالًۭا مَّمْدُودًۭا
﴿12﴾
Mişkini Tərcüməsi:
Ona bolluca mal-dövlət verdim.
13
Əl-Müddəssir Surəsi, Ayə 13
وَبَنِينَ شُهُودًۭا
﴿13﴾
Mişkini Tərcüməsi:
Və (Məkkədə, ya əyan-əşrafların məclislərində, ya da xidmət göstərməyə) hazır oğullar (verdim).
14
Əl-Müddəssir Surəsi, Ayə 14
وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًۭا
﴿14﴾
Mişkini Tərcüməsi:
Ona artıqlaması ilə (büsatlı cah-cəlal, mal-dövlət və övladlar) verdim.
15
Əl-Müddəssir Surəsi, Ayə 15
ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ
﴿15﴾
Mişkini Tərcüməsi:
Bununla belə (bütün bunları) artırmağıma tamahlanır.
Mişkini Tərcüməsi:
Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.
17
Əl-Müddəssir Surəsi, Ayə 17
سَأُرْهِقُهُۥ صَعُودًا
﴿17﴾
Mişkini Tərcüməsi:
Tezliklə onu çox məşəqqətli bir yoxuşu çıxmağa vadar edərəm (çətin bir axirət əzabına düçar edərəm).
18
Əl-Müddəssir Surəsi, Ayə 18
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
﴿18﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, o, (Quran barəsində) fikirləşdi, ölçdü-biçdi.
19
Əl-Müddəssir Surəsi, Ayə 19
فَقُتِلَ كَيْفَ قَدَّرَ
﴿19﴾
Mişkini Tərcüməsi:
Ölüm olsun ona! Necə ölçdü-biçdi!
20
Əl-Müddəssir Surəsi, Ayə 20
ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ
﴿20﴾
Mişkini Tərcüməsi:
Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!
21
Əl-Müddəssir Surəsi, Ayə 21
ثُمَّ نَظَرَ
﴿21﴾
Mişkini Tərcüməsi:
Sonra baxdı.
22
Əl-Müddəssir Surəsi, Ayə 22
ثُمَّ عَبَسَ وَبَسَرَ
﴿22﴾
Mişkini Tərcüməsi:
Bu zaman üz-gözünü turşutdu, qaş-qabağını tökdü.
23
Əl-Müddəssir Surəsi, Ayə 23
ثُمَّ أَدْبَرَ وَٱسْتَكْبَرَ
﴿23﴾
Mişkini Tərcüməsi:
Sonra (Quranın haqq olmasına) arxa çevirdi və təkəbbür göstərdi.
24
Əl-Müddəssir Surəsi, Ayə 24
فَقَالَ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ يُؤْثَرُ
﴿24﴾
Mişkini Tərcüməsi:
Və dedi: «Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir».
25
Əl-Müddəssir Surəsi, Ayə 25
إِنْ هَٰذَآ إِلَّا قَوْلُ ٱلْبَشَرِ
﴿25﴾
Mişkini Tərcüməsi:
«Bu, bəşər kəlamından başqa bir şey deyildir».
26
Əl-Müddəssir Surəsi, Ayə 26
سَأُصْلِيهِ سَقَرَ
﴿26﴾
Mişkini Tərcüməsi:
Tezliklə onu Səqərə atacağam və yandıracağam.
27
Əl-Müddəssir Surəsi, Ayə 27
وَمَآ أَدْرَىٰكَ مَا سَقَرُ
﴿27﴾
Mişkini Tərcüməsi:
Və sən nə bilirsən ki, Səqər nədir!
28
Əl-Müddəssir Surəsi, Ayə 28
لَا تُبْقِى وَلَا تَذَرُ
﴿28﴾
Mişkini Tərcüməsi:
(Elə bir Cəhənnəmdir ki,) nə (yandırmamış bir şeyi) qoyar qalsın, nə də (lap dərinliyinə kimi nüfuz etməyincə) buraxar, (yaxud məhv edildikdən sonra yenidən qaytarılar, yenə də yandırar).
29
Əl-Müddəssir Surəsi, Ayə 29
لَوَّاحَةٌۭ لِّلْبَشَرِ
﴿29﴾
Mişkini Tərcüməsi:
(O gün) insanlar üçün aşkardır, bədənin dərisini yandıran və qaraldandır.
30
Əl-Müddəssir Surəsi, Ayə 30
عَلَيْهَا تِسْعَةَ عَشَرَ
﴿30﴾
Mişkini Tərcüməsi:
Onun üstündə on doqquz (nəfər, ya dəstə gözətçi) qoyulub.
Mişkini Tərcüməsi:
Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Quranın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk - şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Quran ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.
32
Əl-Müddəssir Surəsi, Ayə 32
كَلَّا وَٱلْقَمَرِ
﴿32﴾
Mişkini Tərcüməsi:
Belə deyildir (Onların zənn etdikləri kimi deyil. Onlar Quran və Cəhənnəmi yalan zənn edirlər). And olsun aya,
33
Əl-Müddəssir Surəsi, Ayə 33
وَٱلَّيْلِ إِذْ أَدْبَرَ
﴿33﴾
Mişkini Tərcüməsi:
And olsun qayıdıb getməkdə olan gecəyə,
34
Əl-Müddəssir Surəsi, Ayə 34
وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ
﴿34﴾
Mişkini Tərcüməsi:
Və and olsun işıqlanmaqda olan (səhərə) ki,
35
Əl-Müddəssir Surəsi, Ayə 35
إِنَّهَا لَإِحْدَى ٱلْكُبَرِ
﴿35﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, bu (Quran ayələri, yaxud bu Cəhənnəm) (Allahın lütfünün və qəzəbinin) ən böyük (nişanə)lər(in)dən biridir.
Mişkini Tərcüməsi:
Sizdən (iman və əməl vasitəsilə) irəli getmək, yaxud (küfr və üsyan vasitəsilə) geri qalmaq istəyən hər bir kəs üçün.
38
Əl-Müddəssir Surəsi, Ayə 38
كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ رَهِينَةٌ
﴿38﴾
Mişkini Tərcüməsi:
Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar),
39
Əl-Müddəssir Surəsi, Ayə 39
إِلَّآ أَصْحَٰبَ ٱلْيَمِينِ
﴿39﴾
Mişkini Tərcüməsi:
«Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa.
40
Əl-Müddəssir Surəsi, Ayə 40
فِى جَنَّٰتٍۢ يَتَسَآءَلُونَ
﴿40﴾
Mişkini Tərcüməsi:
Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar,
41
Əl-Müddəssir Surəsi, Ayə 41
عَنِ ٱلْمُجْرِمِينَ
﴿41﴾
Mişkini Tərcüməsi:
Günahkarların halını;
42
Əl-Müddəssir Surəsi, Ayə 42
مَا سَلَكَكُمْ فِى سَقَرَ
﴿42﴾
Mişkini Tərcüməsi:
(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?»
43
Əl-Müddəssir Surəsi, Ayə 43
قَالُوا۟ لَمْ نَكُ مِنَ ٱلْمُصَلِّينَ
﴿43﴾
Mişkini Tərcüməsi:
Deyərlər: «Biz namaz qılanlardan deyildik.
44
Əl-Müddəssir Surəsi, Ayə 44
وَلَمْ نَكُ نُطْعِمُ ٱلْمِسْكِينَ
﴿44﴾
Mişkini Tərcüməsi:
Fəqirə və yoxsula təam verməzdik.
45
Əl-Müddəssir Surəsi, Ayə 45
وَكُنَّا نَخُوضُ مَعَ ٱلْخَآئِضِينَ
﴿45﴾
Mişkini Tərcüməsi:
Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq.
46
Əl-Müddəssir Surəsi, Ayə 46
وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ ٱلدِّينِ
﴿46﴾
Mişkini Tərcüməsi:
Cəza gününü təkzib və inkar edərdik.
47
Əl-Müddəssir Surəsi, Ayə 47
حَتَّىٰٓ أَتَىٰنَا ٱلْيَقِينُ
﴿47﴾
Mişkini Tərcüməsi:
Ölüm bizi yaxalayana qədər».
48
Əl-Müddəssir Surəsi, Ayə 48
فَمَا تَنفَعُهُمْ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ
﴿48﴾
Mişkini Tərcüməsi:
Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir.
49
Əl-Müddəssir Surəsi, Ayə 49
فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ
﴿49﴾
Mişkini Tərcüməsi:
Onlara nə olub ki, öyüd-nəsihətdən üz döndərirlər?!
50
Əl-Müddəssir Surəsi, Ayə 50
كَأَنَّهُمْ حُمُرٌۭ مُّسْتَنفِرَةٌۭ
﴿50﴾
Mişkini Tərcüməsi:
Onlar sanki, hürkmüş vəhşi eşşəkdirlər,
51
Əl-Müddəssir Surəsi, Ayə 51
فَرَّتْ مِن قَسْوَرَةٍۭ
﴿51﴾
Mişkini Tərcüməsi:
(Elə eşşəklər ki,) Ovçunun (ya şirin) çəngindən qaçırlar.
Mişkini Tərcüməsi:
(Onların işləri yalnız üz döndərmək deyildir,) əslində onların hər biri istəyir ki, (Allah tərəfindən) ona açıq məktublar verilsin (ki; «Bu Peyğəmbəri qəbul et»).
53
Əl-Müddəssir Surəsi, Ayə 53
كَلَّا ۖ بَل لَّا يَخَافُونَ ٱلْءَاخِرَةَ
﴿53﴾
Mişkini Tərcüməsi:
Belə deyil (qəbul etməmələrinin səbəbi məktubun gəlməməsi deyil), əslində onlar axirətdən qorxmurlar.
54
Əl-Müddəssir Surəsi, Ayə 54
كَلَّآ إِنَّهُۥ تَذْكِرَةٌۭ
﴿54﴾
Mişkini Tərcüməsi:
Belə deyil (onların söylədikləri kimi deyil, əslində) bu (Quran) öyüd-nəsihət və xatırlatma vasitəsidir.
55
Əl-Müddəssir Surəsi, Ayə 55
فَمَن شَآءَ ذَكَرَهُۥ
﴿55﴾
Mişkini Tərcüməsi:
Belə ki, kim istəsə onu xatırlaya (və ona əməl etməklə kamala çata) bilər.
Mişkini Tərcüməsi:
Və Allah istəməyincə onlar xatırlaya bilməzlər (çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O, istəməzsə, baş verməz). O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.