Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
75

Əl-Qiyamə Surəsi

40 Ayə 29-ci Cüz Məkkədə nazil olub
سُورَةُ القيامة Ayətəllah Mişkini Tərcüməsi

Əl-Qiyamə Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Qiyamə Surəsi, Ayə 1

لَآ أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَٰمَةِ ﴿1﴾

Mişkini Tərcüməsi: And içirəm Qiyamət gününə.
2 Əl-Qiyamə Surəsi, Ayə 2

وَلَآ أُقْسِمُ بِٱلنَّفْسِ ٱللَّوَّامَةِ ﴿2﴾

Mişkini Tərcüməsi: Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır).
3 Əl-Qiyamə Surəsi, Ayə 3

أَيَحْسَبُ ٱلْإِنسَٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ ﴿3﴾

Mişkini Tərcüməsi: Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik?
4 Əl-Qiyamə Surəsi, Ayə 4

بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ ﴿4﴾

Mişkini Tərcüməsi: Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik.
5 Əl-Qiyamə Surəsi, Ayə 5

بَلْ يُرِيدُ ٱلْإِنسَٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ ﴿5﴾

Mişkini Tərcüməsi: (Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin.
6 Əl-Qiyamə Surəsi, Ayə 6

يَسْـَٔلُ أَيَّانَ يَوْمُ ٱلْقِيَٰمَةِ ﴿6﴾

Mişkini Tərcüməsi: Soruşur ki: «Qiyamət günü nə vaxtdır?»
7 Əl-Qiyamə Surəsi, Ayə 7

فَإِذَا بَرِقَ ٱلْبَصَرُ ﴿7﴾

Mişkini Tərcüməsi: Göz (ölümün çətinliyindən, yaxud da Məhşərin dəhşətindən) donub qalacağı və bərələcəyi;
8 Əl-Qiyamə Surəsi, Ayə 8

وَخَسَفَ ٱلْقَمَرُ ﴿8﴾

Mişkini Tərcüməsi: Ayın nurunun sönəcəyi;
9 Əl-Qiyamə Surəsi, Ayə 9

وَجُمِعَ ٱلشَّمْسُ وَٱلْقَمَرُ ﴿9﴾

Mişkini Tərcüməsi: Və günəşlə ayın (nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman
10 Əl-Qiyamə Surəsi, Ayə 10

يَقُولُ ٱلْإِنسَٰنُ يَوْمَئِذٍ أَيْنَ ٱلْمَفَرُّ ﴿10﴾

Mişkini Tərcüməsi: Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» – deyəcəkdir.
11 Əl-Qiyamə Surəsi, Ayə 11

كَلَّا لَا وَزَرَ ﴿11﴾

Mişkini Tərcüməsi: Xeyr, (o gün) heç bir sığınacaq yeri olmayacaq.
12 Əl-Qiyamə Surəsi, Ayə 12

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ ﴿12﴾

Mişkini Tərcüməsi: O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).
13 Əl-Qiyamə Surəsi, Ayə 13

يُنَبَّؤُا۟ ٱلْإِنسَٰنُ يَوْمَئِذٍۭ بِمَا قَدَّمَ وَأَخَّرَ ﴿13﴾

Mişkini Tərcüməsi: O gün insana öncədən göndərdiyi (dünyada etdiyi) və təxirə saldığı (etmədiyi) şeyi (yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində) xəbər veriləcəkdir.
14 Əl-Qiyamə Surəsi, Ayə 14

بَلِ ٱلْإِنسَٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌۭ ﴿14﴾

Mişkini Tərcüməsi: (Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir.
15 Əl-Qiyamə Surəsi, Ayə 15

وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ ﴿15﴾

Mişkini Tərcüməsi: Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.
16 Əl-Qiyamə Surəsi, Ayə 16

لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ ﴿16﴾

Mişkini Tərcüməsi: (Quran nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy tamam olmamışdan öncə oxumağa başlama, yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Quranın məcmuəsindən surələri, ya ayələri, ümumiyyətlə heç nəyi – vaxtı yetişməzdən öncə – dilinə gətirmə).
17 Əl-Qiyamə Surəsi, Ayə 17

إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ ﴿17﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir.
18 Əl-Qiyamə Surəsi, Ayə 18

فَإِذَا قَرَأْنَٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ ﴿18﴾

Mişkini Tərcüməsi: Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol.
19 Əl-Qiyamə Surəsi, Ayə 19

ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ ﴿19﴾

Mişkini Tərcüməsi: Sonra onu(n həqiqətlərini və sirlərini) bəyan etmək də Bizim öhdəmizdədir.
20 Əl-Qiyamə Surəsi, Ayə 20

كَلَّا بَلْ تُحِبُّونَ ٱلْعَاجِلَةَ ﴿20﴾

Mişkini Tərcüməsi: Belə deyildir (axirəti inkar etməyiniz ona şəkk etdiyinizə görə deyil,) əslində siz bu tez keçib-gedən dünyanı sevirsiniz.
21 Əl-Qiyamə Surəsi, Ayə 21

وَتَذَرُونَ ٱلْءَاخِرَةَ ﴿21﴾

Mişkini Tərcüməsi: Və axirəti buraxırsınız.
22 Əl-Qiyamə Surəsi, Ayə 22

وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاضِرَةٌ ﴿22﴾

Mişkini Tərcüməsi: O gün neçə-neçə üzlər şad-xürrəm olacaq!
23 Əl-Qiyamə Surəsi, Ayə 23

إِلَىٰ رَبِّهَا نَاظِرَةٌۭ ﴿23﴾

Mişkini Tərcüməsi: (Qəlb gözü ilə) öz Rəbbinə tərəf (və zahiri gözü ilə Onun cəlal və camal nişanələrini tam şəkildə təzahür və təcəssümünə) baxacaqdır.
24 Əl-Qiyamə Surəsi, Ayə 24

وَوُجُوهٌۭ يَوْمَئِذٍۭ بَاسِرَةٌۭ ﴿24﴾

Mişkini Tərcüməsi: Və neçə-neçə üzlər də o gün qaşqabaqlı olacaq.
25 Əl-Qiyamə Surəsi, Ayə 25

تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌۭ ﴿25﴾

Mişkini Tərcüməsi: Bel qıran bir əzaba (ya burunlarına oddan dağ basılmasına) məruz qalacaqlarını bilərlər.
26 Əl-Qiyamə Surəsi, Ayə 26

كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِىَ ﴿26﴾

Mişkini Tərcüməsi: Belə deyil (insanın zənn etdiyi kimi deyil). Can boğazın dövrəsindəki sümüklərə (körpücük sümüklərinə) yetişdiyi zaman.
27 Əl-Qiyamə Surəsi, Ayə 27

وَقِيلَ مَنْ ۜ رَاقٍۢ ﴿27﴾

Mişkini Tərcüməsi: Və (can verənin başına toplananlar) deyərlər: «Şəfa verən təbib kimdir (varmı)? (Və mələklər deyərlər: «Kimdir onun ruhunu yuxarı aparan? Rəhmət mələyi, ya qəzəb?)»
28 Əl-Qiyamə Surəsi, Ayə 28

وَظَنَّ أَنَّهُ ٱلْفِرَاقُ ﴿28﴾

Mişkini Tərcüməsi: Və o da bilər ki, bu (zaman) (dünyadan) ayrılıq (zamanı)dır,
29 Əl-Qiyamə Surəsi, Ayə 29

وَٱلْتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ ﴿29﴾

Mişkini Tərcüməsi: Qıçı-qıçına dolaşar və dünya həsrəti axirət əzabına qarışar,
30 Əl-Qiyamə Surəsi, Ayə 30

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمَسَاقُ ﴿30﴾

Mişkini Tərcüməsi: O gün (ölüm günü) sövq və hərəkət sənin Rəbbinə tərəfdir (Bərzəxdəki görüş, Qiyamət, məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi).
31 Əl-Qiyamə Surəsi, Ayə 31

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ ﴿31﴾

Mişkini Tərcüməsi: (O halda deyilər:) «O, nə (Allahın dəvətini) təsdiq etdi və nə də itaət edərək namaz qıldı».
32 Əl-Qiyamə Surəsi, Ayə 32

وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ ﴿32﴾

Mişkini Tərcüməsi: Lakin təkzib etdi və üz döndərdi.
33 Əl-Qiyamə Surəsi, Ayə 33

ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهْلِهِۦ يَتَمَطَّىٰٓ ﴿33﴾

Mişkini Tərcüməsi: Sonra da təkəbbürlə yeriyərək öz adamlarına tərəf getdi.
34 Əl-Qiyamə Surəsi, Ayə 34

أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ ﴿34﴾

Mişkini Tərcüməsi: Vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.
35 Əl-Qiyamə Surəsi, Ayə 35

ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰٓ ﴿35﴾

Mişkini Tərcüməsi: Yenə də vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.
36 Əl-Qiyamə Surəsi, Ayə 36

أَيَحْسَبُ ٱلْإِنسَٰنُ أَن يُتْرَكَ سُدًى ﴿36﴾

Mişkini Tərcüməsi: Yoxsa insan elə güman edir ki, başlı-başına buraxılacaq (heç bir vəzifəsi və hesabı yoxdur)?
37 Əl-Qiyamə Surəsi, Ayə 37

أَلَمْ يَكُ نُطْفَةًۭ مِّن مَّنِىٍّۢ يُمْنَىٰ ﴿37﴾

Mişkini Tərcüməsi: Məgər o, qadının bətninə tökülən bir damcı «məni»dən ibarət deyildimi?!
38 Əl-Qiyamə Surəsi, Ayə 38

ثُمَّ كَانَ عَلَقَةًۭ فَخَلَقَ فَسَوَّىٰ ﴿38﴾

Mişkini Tərcüməsi: Sonra «ələqə» (laxtalanmış qan) oldu, beləliklə (Allah) onu (başqa mərhələlərdə) yaratdı və (onun bədən üzvlərini) düzgün və kamil etdi.
39 Əl-Qiyamə Surəsi, Ayə 39

فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ ﴿39﴾

Mişkini Tərcüməsi: Bu zaman ondan iki cüt – bir erkək və bir dişi – yaratdı.
40 Əl-Qiyamə Surəsi, Ayə 40

أَلَيْسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحْۦِىَ ٱلْمَوْتَىٰ ﴿40﴾

Mişkini Tərcüməsi: Məgər belə bir Allah ölüləri diriltməyə qadir deyilmi?!
Əvvəlki: 74. Əl-Müddəssir Bütün Surələr ↑ Növbəti: 76. Əl-İnsan (Əd-Dəhr)