Mişkini Tərcüməsi:
Həmd göylərdə və yerdə nə varsa, hamısının həqiqi sahibi olan Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və məhv etmək – hamısı Onun iradə və istəyi ilədir), axirətdə (də) bütün həmdlər Ona məxsusdur (çünki axirət aləminin də bütün gözəllikləri Ondandır) və O (yaradılış və şəriət qanunlarında diqqətli və möhkəm) hikmət sahibidir və xəbərdardır.
Mişkini Tərcüməsi:
Yerə daxil olanı (sular, ölülər, xəzinələr, köklər və heyvanlar) və yerdən çıxanı (heyvanlar, bitkilər, bulaqlar və mədənlər) və göydən nazil olanı (mələklər, səmavi kitablar, İlahi qəzavü-qədərlər, planetlərin nuru, şimşək və yağışlar) və göyə qalxanı (mələklər, bəndələrin əməlləri, bəzi cinlər və bəzi insanların ruhları) – hamısını bilir. O, rəhm edən və bağışlayandır.
Mişkini Tərcüməsi:
Və kafir olanlar dedilər: «Əsla bizə Qiyamət günü gəlməyəcəkdir». De: «Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, mütləq (Qiyamət) sizə gələcəkdir»; O Allah ki, qeybi biləndir. Göylərdə və yerdə zərrə ağırlığında heç bir şey Onun elmindən gizlin deyildir. Bundan daha kiçik və daha böyük (bir şey) yoxdur ki, açıq-aşkar kitabda (Lövhi-Məhfuzda) olmasın.
Mişkini Tərcüməsi:
(Bütün bunlar ona görədir ki,) iman gətirən və yaxşı işlər görənlərə mükafat versin. Məhz onlar üçün bağışlanmaq və çox dəyərli bir ruzi vardır.
Mişkini Tərcüməsi:
Və Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etmək)də səy göstərən kəslər üçün ən pis əzablardan şiddətli bir əzab hazırlamışıq.
Mişkini Tərcüməsi:
(Din və səmavi kitab) elm(i) verilmiş kəslər gördülər və bildilər ki, Rəbbin tərəfindən sənə nazil olan haqdır və (O) qüdrətli, həmd olunmuş Allahın yoluna yönəldir.
Mişkini Tərcüməsi:
Və kafir olanlar (bir-birinə istehza ilə) deyirlər: «Sizə siz (yerin altında) tamamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərəkmi?!»
Mişkini Tərcüməsi:
«Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi var?!» (Belə deyildir), əksinə (əslində) axirətə iman gətirməyənlər (indidən) əzabda və uzun-uzadı bir azğınlıq içərisindədirlər.
Mişkini Tərcüməsi:
Məgər önlərində və arxalarında olana, göyə və yerə baxmadılarmı? Əgər istəsək onları yerə batırar, yaxud göy (cisimlərinin) parçalarını onların başlarına tökərik! Həqiqətən, bunda (Bizim bu vüsət və qüdrətimizdə) hər bir tövbəkar və Allaha tərəf qayıdan hər bir bəndə üçün (tovhid və peyğəmbərlərin doğruluğuna dair) bir nişanə vardır.
Mişkini Tərcüməsi:
Həqiqətən, (Biz) Davuda Öz tərəfimizdən bir lütf və rəhmət əta etdik (belə ki, dağları və quşları ona ram etdik və dedik:) «Ey dağlar və ey quşlar, onunla birgə Allahı zikr etməkdə səs-səsə verin;» həmçinin dəmiri onun üçün yumşaltdıq ki,
Mişkini Tərcüməsi:
«Geniş zirehlər toxu və onların toxunmasında ölçünü gözlə (halqalar həm bir-birinə, həm də paltarın hissələrinə uyğun olsun, zireh də bədənin ölçüsündə olsun) və (bu nemətlərin şükrü olaraq) yaxşı işlər görün ki, Mən etdiklərinizi görənəm».
Mişkini Tərcüməsi:
Və Süleyman üçün küləyi (ram etdik). (Onun) sübh gedişi (sürətlə qaçan atın gedişi ilə) bir aylıq yol və axşam gedişi də bir aylıq yol idi. Onun üçün mis bulağını axıtdıq. Cin tayfasından elələri var idi ki, Rəbbinin izni ilə xidmətində işləyirdi. Onlardan hər kəs Bizim əmrimizdən boyun qaçırırdısa, ona alovlu oddan daddırırdıq.
Mişkini Tərcüməsi:
Onlar onun (Süleyman) üçün istədiyi hər bir şeyi – möhkəm qəsrlər (yaxud məbədlər və ibadət mehrabları), heykəllər, böyük hovuzlara bənzər kasalar və sabit, yerindən tərpənməyən qazanlar düzəldirdilər. (Və buyurduq:) «Ey Davud ailəsi, (bu nemətlərə) şükr edin və Mənim bəndələrimdən şükr edən azdır».
Mişkini Tərcüməsi:
Ölümü onun üçün (o, əsaya söykənmiş halda olarkən) qərara aldıq (və onu öldürdük). Yalnız yerdə hərəkət edən onun əsasını yeyən bir qurd (taxtabiti) onları (ailəsini və cinləri) onun ölümündən xəbərdar etdi. (Süleyman) yerə yıxılanda (qeyb elmini bilmək iddiasında olan) cinlər başa düşdülər ki, əgər qeybi bilsəydilər, o alçaldıcı əzabda qalmazdılar. (Uzun müddət müti halda artıq çoxdan dünyasını dəyişmiş sultanın hüzurunda durmazdılar.)
Mişkini Tərcüməsi:
Həqiqətən, Səba qövmü üçün onların məskənlərində (Allahın qüdrəti və rəhmətinə dair) bir nişanə var idi. (Orada) sağ və sol tərəfdə iki bağça (var idi. Onlara dedik:) «Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. (Məskəniniz) pak bir şəhərdir və Rəbbiniz də bağışlayan».
Mişkini Tərcüməsi:
(Lakin onlar Allahdan və Onun dinindən) üz döndərdilər və Biz onlara «Ərim» bəndinin selini göndərdik. Onların (müxtəlif meyvələrlə dolu olan) iki bağını acı meyvələri, yulğun ağacları və bir qədər sidr ağacı olan iki bağa döndərdik.
Mişkini Tərcüməsi:
Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı getgəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) «Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin-amanlıqla getgəl edin».
Mişkini Tərcüməsi:
(Lakin onlar nemətin bolluğundan və gediş-gəlişin rahat olmasından doydular), dedilər: «Ey Rəbbimiz, bizim səfər (düşərgə)lərimizin arasını uzaq et» (ki, azuqə və miniyə ehtiyac olsun, beləliklə də varlıların üstünlüyü aydınlaşsın) və onlar özlərinə zülm etdilər. Biz də onları (yaddaşlarda ibrətamiz) dastanlar etdik və onları tamamilə pərən-pərən saldıq. Həqiqətən, bunda (bu hadisədə) hər bir səbirli və şükr edən şəxs üçün (Allahın qüdrəti və qəzəbinə dair) nişanələr vardır.
Mişkini Tərcüməsi:
Və əsla onun (İblisin) onların üzərində heç bir hökmranlığı yox idi (onları zorla məcbur etmirdi). Yalnız (vəsvəsə və dəvət edirdi ki,) axirətə iman gətirən kəsi, ona şəkk-şübhə edəndən ayırmaq (seçmək) barəsində Bizim əzəli elmimiz həyata keçsin (və kimin imanlı kimin şəkk içində olduğu məlum olsun). Sənin Rəbbin hər bir şeyi hifz edəndir.
Mişkini Tərcüməsi:
De: «Allahın yerinə (məbud) zənn etdiklərinizi çağırın, (görəcəksiniz ki, sizə cavab vermək qüdrətləri yoxdur, çünki onlar) göylərdə və yerdə zərrə qədər də bir şeyə malik deyillər və onların o ikisində (göylərin və yerin yaradılışı, hifzi və idarə olunmasında) heç bir şərikliyi yoxdur və Allah üçün əsla onlardan bir köməkçi yoxdur».
Mişkini Tərcüməsi:
(Şəfaət etməsinə, ya şəfaət olunmasına) izn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir. (Və günahkarlar o gün vəhşət içərisində olacaqlar). Nəhayət (izn verilərkən) onların qəlblərindən qorxu və vəhşət getdikdə (şəfaət edənlərə) deyərlər: «Rəbbiniz nə dedi?» Deyərlər: «Haqq (olan bir kəlam dedi və şəfaətə izn verdi), və O (hər şeydən) uca və böyükdür».
Mişkini Tərcüməsi:
De: «Göydən və yerdən sizə ruzi verən kimdir?» De: «Yeganə olan Allah. Elə isə doğru yolda, ya açıq-aşkar azğınlıqda olan bizik, ya siz?!»
Mişkini Tərcüməsi:
De: «Siz Bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız və Biz də sizin etdiyiniz əməllər barədə sorğu-sual olunmayacağıq».
Mişkini Tərcüməsi:
De: «Rəbbimiz (Qiyamət günü) bizlə sizi (bir yerə) cəm edəcəkdir, sonra bizim aramızda haqq üzrə, qəti surətdə hökm verəcəkdir. Odur qəti surətdə hökm edən və bilən».
Mişkini Tərcüməsi:
De: «Allaha şərik qoşduqlarınızı mənə göstərin (görüm onlarda tanrılıq əlamətlərindən bir şey var, ya yoxdur?) Belə deyildir. Odur vacib, yeganə və bütün kamalları Özündə cəmləndirən Allah, (Odur) yenilməz qüdrət və hikmət sahibi».
Mişkini Tərcüməsi:
Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.
Mişkini Tərcüməsi:
De: «Sizə vəd olunmuş gün elə bir gündür ki, (ölüm günü, ya axirət günü) əsla ondan nə bir saat təxir edərsiniz və nə də irəli keçərsiniz».
Mişkini Tərcüməsi:
Və kafir olanlar dedilər: «Əsla bu Qurana və ondan öncə olana (səmavi kitablara) iman gətirmərik». Və əgər zalımları Rəbbi qarşısında (hüzurunda) ayaq üstə saxlanılıb bir-birləri ilə danışan halda görsəydin (çox təəccüblənərdin). Zəiflədilənlər təkəbbürlülərə deyərlər: «Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq».
Mişkini Tərcüməsi:
Təkəbbürlük edənlər zəiflədilənlərə deyərlər: «Məgər sizə doğru yol gəldikdən sonra sizi ondan saxlayan bizmi idik?! (Xeyr,) əslində siz özünüz günahkar idiniz».
Mişkini Tərcüməsi:
Və zəiflədilənlər təkəbbürlük edənlərə deyərlər: «Əslində (bizi azdıran sizin) gecə-gündüz (qurduğunuz) hiylə idi, o zaman ki, bizə Allaha kafir olmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz». Onlar əzabı gördükdə (öz) peşmançılıqlarını gizlədərlər. Biz kafir olanların boyunlarına dəmir halqa keçirdərik, məgər etdiklərindən (yaxud etdikləri əməlin təcəssümündən) başqa bir şeyləmi cəzalandırılırlar?!
Mişkini Tərcüməsi:
Biz hər hansı bir bəşər cəmiyyətinə elə bir qorxudan (peyğəmbər) göndərmədik ki, oranın əyan-əşrafı və rifah içərisində yaşayanları deməsinlər: «Həqiqətən, Biz sizin göndərildiyiniz şeyə kafirik».
Mişkini Tərcüməsi:
Və dedilər: «Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) çoxdur və bizə heç bir vaxt əzab olunmayacaqdır (çünki, bizə verilənlər Allahın bizə olan məhəbbətinin əlamətidir)».
Mişkini Tərcüməsi:
De: «Həqiqətən, mənim Rəbbim (ümumun mənafeyinə və quruluşun zərurətinə əsasən) istədiyi şəxs üçün ruzini bol edər və azaldar. (Bunlar həmin şəxslərə qarşı məhəbbətin və nifrətin əlaməti deyildir) və lakin insanların çoxu (bunu) bilmir».
Mişkini Tərcüməsi:
Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.
Mişkini Tərcüməsi:
De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) səhv etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır».
Mişkini Tərcüməsi:
Və (yada sal) o günü ki, onların hamısını (ibadət edənləri və ibadət olunanları) toplayacaq, sonra da mələklərə deyəcək: «Bunlar (dünyada) sizəmi ibadət edirdilər?»
Mişkini Tərcüməsi:
(Mələklər) deyərlər: «Sən (hər hansı bir eyib və nöqsandan uzaq), paksan, bizim dostumuz, hamimiz və yardımçımız yalnız Sənsən, onlar deyil. (Onların bizə ibadət etmələrinə razı deyildik). Əslində onlar cinlərə ibadət edirdilər (çünki cinlər onların ibadətlərinə razı idilər və) onların əksəriyyəti cinlərə iman gətirmişdi».
Mişkini Tərcüməsi:
Beləliklə, bu gün sizlərin bəziniz digərlərinə nisbət heç bir mənfəət və zərər (vermək qüdrətinə) malik deyil və zülm edənlərə deyəcəyik: «Təkzib etdiyiniz odun əzabını dadın».
Mişkini Tərcüməsi:
Bizim aşkar və aydınlıq gətirən ayələrimiz onlara oxunanda, deyərlər: «Bu (adam) ancaq sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən şəxsdir» və deyərlər: «Bu (kitab da Allaha qarşı) uydurulmuş yalandan başqa bir şey deyildir». (Bəli,) haqq onlara tərəf gələn zaman kafir oldular, dedilər: «Bu, yalnız açıq-aşkar bir sehrdir».
Mişkini Tərcüməsi:
Biz (Qurandan öncə) onlara (səmavi) kitablar verməmişdik ki, onu oxuyalar və səndən öncə də (İsanın, ya İbrahimin zamanından indiyə kimi) onlara bir qorxudan (peyğəmbər) göndərməmişdik (ki, ona əsaslanaraq səni təkzib edələr, əslində onların inkarları inadkarlıq üzündəndir).
Mişkini Tərcüməsi:
Bunlardan əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər, halbuki bunlar (sayları, qüvvələri və ömürlərinin uzunluğu baxımından) onlara verdiklərimizin onda birinə belə yetişməmişdilər. Amma onlar da (peyğəmbərlik dəlilləri və kitabın sarsılmazlığı baxımından) bunlara verdiklərimizin onda birinə yetişməmişdilər; beləliklə onlar da Mənim peyğəmbərlərimi təkzib etdilər, belə isə (baxsınlar görsünlər ki,) Mənim onlara qarşı rəftarım necə oldu!
Mişkini Tərcüməsi:
De: «Mən sizə yalnız bir nəsihət verirəm (və tapşırıram) ki, (bu Peyğəmbəri tanımaq və qəbul etmək üçün qarmaqarışıqlıq salmadan özü də) Allaha xatir iki-iki, bir-bir ayağa qalxın, sonra (onun keçmişi, dəlilləri və möcüzələri barəsində) fikirləşin. (Onda görərsiniz ki,) sizin bu (mehriban) yoldaşınızda heç bir dəlilik yoxdur. O, yalnız irəlidə olan çətin bir əzabdan (axirət əzabından) sizi qorxudandır (bir peyğəmbərdir)».
Mişkini Tərcüməsi:
De ki: «Sizdən istəmədiyim bütün muzdlar sizin olsun. (Sizdən muzd istəməyə haqqım var idi). Sizdən istədiyim muzd (ƏhliBeytimə olan məhəbbət) sizin öz xeyrinizədir, mənim mükafatım yalnız Allahın öhdəsinədir və O hər bir şeydən agah və hər bir şeyə şahiddir».
Mişkini Tərcüməsi:
De: «Şübhəsiz mənim Rəbbim haqqı təlqin edir (səmavi kitabları peyğəmbərlərin qəlblərinə nazil edir və onların dilindən cəmiyyətə çatdırır). O, qeybləri kamil şəkildə biləndir».
Mişkini Tərcüməsi:
De ki: «Haqq (İslam dini) gəldi. Batil (şirk və bütpərəstlik təsirini itirdi, çünki onlar) nə (öz işlərindən və dünya işlərindən) bir şeyə başlayar və nə də (bir şeyi) yeniləşdirər».
Mişkini Tərcüməsi:
De ki: «Əgər yoldan azsam, öz zərərimə azmış olaram. Əgər hidayət tapsam, bu da Rəbbimin mənə olan vəhyi sayəsindədir. Həqiqətən, O, eşidən və yaxındır».
Mişkini Tərcüməsi:
Sən onları (müşrikləri və kafirləri, ölümdən ya Qiyamətin qopmasından) vəhşət içərisində olduqları zaman bir görəsən! Artıq onlar üçün qaçıb can qurtarmağa (heç bir imkan) yox və yaxın bir məkandan yaxalanarlar (yerin üzündən onun altına, yaxud yerin altından Qiyamət səhnəsinə doğru, o zaman olduqca təəccüblənərsən).
Mişkini Tərcüməsi:
Onlar (qəbirdə, ya Qiyamətdə) deyərlər: «Biz ona (Qurana) iman gətirdik». Amma uzaq bir yerdən əlləri (imana və tövbəyə) necə çata bilər?! (Dünyadan o aləmə yol yaxın və oradan isə dünyaya yol uzaqdır).
Mişkini Tərcüməsi:
Halbuki, onlar həqiqətən, bundan öncə onu (Quranı və Peyğəmbəri) inkar etdilər. Güman üzündən və görmədən, uzaq bir məkandan (onlara) töhmət oxu atdılar.
Mişkini Tərcüməsi:
Və (aqibətdə) onların və meylləri və iştahları çəkən şeylər (dünya ləzzətləri) arasında (ölümün vasitəsilə) ayrılıq salındı, necə ki, bundan öncə onların bənzərləri barəsində edilmişdi. Çünki onlar (axirət aləmi barəsində) tərəddüdlü və qaranlıq bir şəkkşübhə içərisində idilər.