Qüsl verilməsi qaydası
İki şey insanın “cünub” olmasına, yəni boynuna Cənabət qüslünün gəlməsinə səbəb olur:
- Cinsi əlaqə.
- Spermanın (məəni) hər hansı bir səbəblə insandan xaric olması.
Cənabətli insan ibadət etmək üçün mütləq qüsl verməlidir.
Cənabət qüslünün verilməsi qaydası:
- Niyyət – “Cənabət qüslü verirəm, qürbətən iləllah”.
- Başı və boyunu yumaq.
- Bədənin sağ tərəfini çiyindən ayağın altınadək yumaq.
- Bədənin sol tərəfini çiyindən ayağın altınadək yumaq.
Diqqət:
- Qüsl verərkən suyu bədənin bütün hissələrinə çatdırmaq vacibdir. İnsan arxayın olmalıdır ki, bədənində quru yer qalmayıb.
- Qüsl verməzdən öncə bədənə suyun çatmasına mane olacaq (mazot, rəng və sair) şeylər təmizlənməlidir.
- Bütün qüsllər eyni ilə Cənabət qüslü kimi verilir. Təkcə qüslün vacib olma səbəbi və niyyəti fərqlidir. Məsələn, əlini cənazəyə vuran insan “məshi-meyyit qüslü” niyyəti edərək qüsl verir, dünyaya yeni övlad gətirmiş ana “nifas qüslü” niyyət edərək qüsl verir və sair.