#41
Səhifeyi-Səccadiyyə

41. Günahların örtülməsini istəmək

İmam Zeynəl-Abidin (ə) • Zəburi-Ali-Məhəmməd

Paylaş

Səsli Dinlə: 41. Günahların örtülməsini istəmək

Azərbaycan dilində tərcümə və oxunuş (Müsəlmanın Kitabçası / SonÜmid TV)

Oxunuşu / Transkripsiyası

Və kanə min duaihi əleyhis-sələmu fi taləbis-sitri vəl-viqayəh:
Allahummə salli ala Muhəmmədin və alih, və əfrişni mihadə kəramətik, və əvridni məşari'ə rəhmətik.
Və əhlilni buhbuhətə cənnətik, və la təsumni bir-rəddi ənk, və la təhrimni bil-xeybəti mink.
Və la tuqassani biməc-tərəht, və la tunaqışni bimək-təsəbt.
Və la tubriz məktumi, və la təkşif məsturi, və la təhmil ala mizanil-insafı əməli, və la tu'lin ala uyunil-mələi xəbəri.
Əxfi ənhum ma yəkunu nəşruhu əleyyə ara, vətvi ənhum ma yulhıquni indəkə şənara.
Şərrif dərəcəti bi-ridvanik, və əkmil kəraməti bi-ğufranik.
Vənzımni fi əshabil-yəmin, və vəccihni fi məsalikil-aminin, vəc'əlni fi fəvzil-faizin, və'mur bi məcalisəs-salihin, aminə Rəbbəl-alemin.
1 Səhifeyi-Səccadiyyə
:وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السّلامُ فِي طَلَبِ السّتْرِ وَ الْوِقَايَةِ اللّهُمّ صَلّ عَلَي مُحَمّدٍ وَ آلِهِ، وَ أَفْرِشْنِي مِهَادَ كَرَامَتِكَ، وَ أَوْرِدْنِي مَشَارِعَ رَحْمَتِكَ، وَ أَحْلِلْنِي بُحْبُوحَةَ جَنّتِكَ، وَ لا تَسُمْنِي بِالرّدّ
عَنْكَ، وَ لا تَحْرِمْنِي بِالْخَيْبَةِ مِنْكَ.وَ لا تُقَاصّنِي بِمَا اجْتَرَحْتُ وَ لا تُنَاقِشْنِي بِمَا اكْتَسَبْتُ،
وَ لا تُبْرِزْ مَكْتُومِي، وَ لا تَكْشِفْ مَسْتُورِي، وَ لا تَحْمِلْ عَلَي مِيزَانِ الْإِنْصَافِ عَمَلِي، وَلا تُعْلِنْ عَلَي عُيُونِ الْمَلَإِ خَبَرِي أَخْفِ عَنْهُمْ مَا يَكونُ نَشْرُهُ عَلَيّ عَارا، وَاطْوِ عَنْهُمْ مَا يُلْحِقُنِي عِنْدَكَ شَنَارا شَرّفْ دَرَجَتِي بِرِضْوَانِكَ، وَ أَكْمِلْ كَرَامَتِي بِغُفْرَانِكَ، وَ انْظِمْنِي فِي.أَصْحَابِ الْيَمِينِ، وَ وَجّهْنِي فِي مَسَالِكِ الآْمِنِينَ، وَ اجْعَلْنِي فِي فَوْجِ الْفَائِزِينَ، وَ اعْمُرْ بِي مَجَالِسَ الصّالِحِينَ، آمِينَ رَبّ الْعَالَمِينَ
O Həzrətin günahlarının örtülməsini və hadisələrdən salamatlıq diləməsi\nİlahi, Muhəmməd və onun soyuna salam yetir və mənim üçün kəramət yatağı aç, rəhmətinə daxil et, öz cənnətinin qəlbində mənə yer ver, məni özündən uzaqlaşdırmaqla xar etmə, günahlarıma görə əzab vermə, rəftarıma görə çətinliyə salma, \nsirrimi aşkar etmə, elmimi ədalət tərəzisi ilə ölçmə, gizli xəbərlərimi görənlərin gözləri önündə aşkar etmə, aşkar olduqda rüsvayçılığıma səbəb olacaq şeyləri onlardan gizli saxla, məni hüzurunda xar edən şeyləri onlardan məxvi saxla, razılığın sayəsində dərəcəmə şərəf bəxş et, əfvinlə ucalığımı kamilləşdir, məni sağ tərəf sahiblərinin zümrəsinə daxil et, iman yollarına apar, nicat tapanların sırasında qərar ver, salehlərin məclisini mənim səbəbimə abad et. Duamı qəbul et, ey aləmlərin Rəbbi!
Əvvəlki: #40. 40. Ölüm xatırlanarkən Bütün Dualar ↑ Növbəti: #42. 42. Quran xətm edildikdə