Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Zahir
Hikmət Abbaslı 1 noyabr 1998-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 2006-2017-ci illərdə Beyləqan rayon F.Hacıyev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2017-ci ildə təhsilini Bakı Humanitar Kollecində davam etdirmişdir. hərbi xidmətini bitirdikdən sonra siqnalizasiya və təhlükəsizlik şirkətlərinin birində çalışmışdır. Subay idi.
Hikmət Abbaslı 2017-2018-ci illərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə etmişdir.
Hikmət Abbaslı 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Hikmət Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hikmət Abbaslı 9 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Xocalı rayonunun Muxtar və Şuşakənd kəndlərinin arasında döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Onun nəşi 10 noyabr tarixində ərazidən çıxarılmış və 11 noyabr tarixində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Abbaslı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Abbaslı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Abbaslı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Abbaslı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hikmət Abbaslı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəcanlı, qorxmaz, cəsarətli, insanlarla tez ünsiyyət quran, zəhmətkeş, mehriban, qayğıkeş, düşmənə qatı nifrət bəsləyən, vətənpərvər insan olub.
Ata: Abbasov Zahir Qalamirzə oğlu Ana: Abbasova Məleykə Əfsər qızı Qardaş: Abbasov Ziya Zahir oğlu Bacı: Abbaslı Aynur Zahir qızı