Abbaslı Munis Həbibullah
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abbaslı Munis Həbibullah

Ata adı: Həbibullah

🐣
Doğum — Beyləqan
🕊️
Şəhadət — Füzuli Qaraxanbəyli kəndi
📍
Dəfn Olunduğu Yer Beyləqan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Munis Abbaslı 18 mart 2000-ci il Beyləqan rayonunda anadan olub. 2007-2018-ci illərdə Beyləqan rayonu F.Hacıyev adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi.

Abbaslı Munis 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Abbaslı Munis 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbaslı Munis oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Munis Abbaslı ölümündən sonra "Vətən uğrunda",  “Füzulinin azad olunmasına görə”, "İgidliyə görə" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiətli, mülayim, mehriban, o cümlədən düşmənə qatı nifrət bəsləyən, vətənpərvər insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan rayonu, F.Hacıyev adına 2 saylı tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Abbasov Həbibullah Məhəmməd oğlu Ana: Abbasova Kəmalə Səməd qızı Bacı: Abbaslı Billurə Həbibullah qızı Bacı: Əliyeva Nüranə Həbibullah qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər