Abbaslı Nail Adil
MAHHXHQ kiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Abbaslı Nail Adil

Ata adı: Adil

🐣
Doğum — Oğuz Qarabaldır kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Oğuz Qarabaldır kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ kiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nail Abbaslı 1997-ci il fevralın 10-da Oğuz rayonunun Qarabaldır kəndində anadan olub. Oğuz rayonu Kərimli kənd orta məktəbində təhsil alıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Nail Abbaslı 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nail Abbaslı  “Azərbaycan Bayrağı” ordeni  ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nail Abbaslı  “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Təbiətcə sakit olan Nail Abbaslı məktəb illərində dərslərini yaxşı oxumaqla yanaşı məktəbin ictimai işlərində fəal iştirak edirdi. Müəllimlərinin və yoldaşlarının sevimlisi idi. Bir çox idman növlərinə marağı olan Nail futbolu, güləşi daha çox sevirdi. Anasının bişirdiyi bütün yeməkləri sevərək yeyirdi. Şirniyyatı, xüsusi ilə də paxlavanı xoşlayırdı. Tünd rənglərə daha çox üstünlük verirdi. Boş vaxtlarında hərbi mövzularda məlumatlarla maraqlanır, hərbi vətənpərvərlik mahnılarını dinləyirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu Kərimli kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Abbasov Adil Namət oğlu Ana: Abbasova Ruhəngiz İsrayıl qızı Bacı: Rzayeva Nəsibə Adil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər