Abbasov Ağaqardaş İlham
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Abbasov Ağaqardaş İlham

Ata adı: İlham

🐣
Doğum — Zərdab Hüseynxanlı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Zərdab Hüseynxanlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ağaqardaş Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. 

Azərbaycan Ordusunun baş leytenantı olan Ağaqardaş Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaqardaş Abbasov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Zərdab rayonunun Hüseynxanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaqardaş Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaqardaş Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Ağaqardaş Abbasov ölümündən sonra "İgidliyə görə"  medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ürəyiaçıq, mülayim, vətəni, torpağı sevən, dostcanlı insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Hüseynxanlı kənd tam orta məktəbi
Ali Təhsil Azərbaycan Müəllimlər Universiteti
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Abbasov İlham İslam oğlu Ana: Abbasova Dilbər Ağasəf qızı Həyat yoldaşı: Abbasova Leyla İlqar qızı Qızı: Abbasova İlknur Ağaqardaş qızı Bacı: Şirinova Səbunə İlham qızı Bacı: Həmzəyeva Elnurə İlham qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər