namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Mais
Abbasov Əvəz Mais oğlu 2 yanvar 2001-ci ildə Salyan rayonun Şorsulu kəndində anadan olub. Müddətdən artıq hərbi xidmətdə qulluq edib. Azərbaycan Ordusunun əsgəri Əvəz Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
Əvəz Abbasov 2020-ci ilin dekabrın 11-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub. Doğulduğu kəndin qəbristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əvəz Abbasov ölümündən sonra “Hərbi xidmətlərə görə”, "Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə, “Şücaətə görə” medalları ilə təltif edilib.
Ailəcanlı, tərbiyəli, vətən sevgisi olan övlad olduğu deyilir.
Ata: Abbasov Mais Əvəz oğlu 25.11.1967 Ana: Abbasova Vəfa Hidayət qızı 06.06.1975 Qardaş: Abbasov Tural Mais oğlu 12.07.1993