Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əmrah
Abbasov Mehdi Əmrah oğlu 2004-cü il iyul ayının 4 -də Masallı rayonu Sığıncaq kəndində anadan olmuşdur. Mehdi Abbasov orta təhsilini Şəhid Məhəmməd Qarayev adına Sığıncaq kənd tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Abbasov Mehdi Əmrah oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Abbasov Mehdi Əmrah oğlu Masallı rayonu Sığıncaq kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Abbasov Mehdi Əmrah oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Komandirləri Mehdinin nümunəvi əsgər olduğunu, dəfələrlə idman yarışlarında birinci yerə çıxdığını bildirmişlər. Mehdi çox cəsur, vətənpərvər və ailəcanlı idi. Mehdi döyüşə öndə gedən əsgərlərimizdən idi. Mehdi döyüş zamanı komandirlərinə mən evə yaralı yox, Şəhid olaraq qayıdacağam deyə bildirmişdir
Ata: Abbasov Əmrah Adıoğlan oğlu Ana: İbadova Səkinə Zöhrab qızı Qardaşı: Abbasov Nahid Əmrah oğlu