Abbasov Möhlət Eldəniz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abbasov Möhlət Eldəniz

Ata adı: Eldəniz

🐣
Doğum — Tovuz
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Daşkəsən Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Şuşa ⚔️ Cəbrayıl ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Abbasov Möhlət Eldəniz oğlu 19 mart 2001-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəsinin ilki olan Möhlət 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbin birinci sinifinə başlayıb, 2018-ci ildə isə həmin məktəbdən məzun olub. 2019-cu ildə Vətənə borcunu yerinə yetirmək üçün Hərbi Xidmətə yollanıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qoşulanda hərbi xidmətinin bitməyinə 3 gün qalmışdı. Amma o, Vətənini seçir. Düşmənə qarşı igidliklə, mərdliklə vuruşur.

Azərbaycan Ordusunun əsgəri olan Möhlət Abbasov Füzuli, Qubadlı, Zəngilan, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Möhlət Abbasov 7 noyabr 2020-ci il tarixdə Şuşanın Daşaltı istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmış, 9 noyabr 2020-ci il tarixdə Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidentinin Sərəncamına əsasən Abbasov Möhlət ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Abbasov Möhlət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

İgid, cəsur, mehriban insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhər, 21 nömrəli tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Abbasov Eldəniz Həsən Ana: Cəfərov Qönçə Musa qızı Qardaş: Abbasov Eltac Eldəniz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər