Abbasov Murtuz Çingiz
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Abbasov Murtuz Çingiz

Ata adı: Çingiz

🐣
Doğum — Lerik Soru kəndi
🕊️
Şəhadət — Zəngilan Mincivan qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Lerik Soru kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Azərbaycan Ordusunun leytenantı olan Murtuz Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murtuz Abbasov oktyabrın 28-də Zəngilan döyüşləri zamanı Mincivan istiqamətində şəhid olub. Lerik rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murtuz Abbasov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murtuz Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murtuz Abbasov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, xoşxasiyyətli, qayğıkeş, ailəcanlı, vətənpərvər bir gənc olub. Uşaqlığı Bakı şəhərində keçmişdir. Tam orta təhsilini də burada alır. Tam orta təhsilini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunur. Leytenant rütbəsini alır. Hərbi xidmətini Dövlət Sərhəd Qoşunlarında davam etdirir. Vətən Müharibəsi başlananda ön sıralarda olur. Qəhrəmancasına vuruşur. Zəngilan rayonunun Mincivan qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhadətə qovuşur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 313 saylı tam orta məktəbi
Ali Təhsil Dövlət Sərhəd Xidməti Akademiyası
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Abbasov Çingiz Feyruz oğlu Ana: Əsədova Sifirə Ağatulla qızı Qardaş: Abbasov Taleh Çingiz oğlu Qardaş: Abbasov Abid Çingiz oğlu Qardaş: Abbasov İdman Çingiz oğlu Qardaş: Abbasov Camal Çingiz oğlu Bacı: Abbasova Reyhan Çingiz qızı Bacı: Abbasova Rəvanə Çingiz qızı Bacı: Səmədova Ramilə Çingiz qızı Bacı: Səfərova Fatma Çingiz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər