Abbasov Müşviq Qabil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abbasov Müşviq Qabil

Ata adı: Qabil

🐣
Doğum — Ağdam Abdal kəndi
🕊️
Şəhadət — Ağdam Qərvənd kəndi
📍
Dəfn Olunduğu Yer Ağdam Quzanlı Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əsgər Müşviq Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olmuşdur.

Orta təhsilini bitirdikdən bir müddət sonra Qarabağ müharibəsi başlamış və 2 qardaşı ilə birgə Müşviq də könüllü olaraq həmin müharibədə döyüşməyə başlamışdı. O, bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmiş, Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilmişdi.

Müharibə bitdikdən sonra məcburi köçkün həyatı sürən Müşviq ailəsi ilə birgə Mingəçevirə köçmüş və burada yaşamışdır. 31 mart 1998-ci ildə İntiqam adlı və 31 yanvar 2000-ci ildə Şamil adlı oğlu dünyaya gəlmişdir.

Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etmədilər. 26 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və 2 oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq Vətən müharibəsində döyüşə başladılar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşmüş, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak etmişdir. Müşviq Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanmışdır. 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə könüllü əsgər Abbasov Müşviq Qabil oğlu qəhrəmancasına Şəhid olmuşdur. Ağdam Şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşviq Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Müşviq Abbasov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Müşviq Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, qorxmaz, mübariz insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdam rayonu, Abdal kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Abbasova Hicran Qaraoğlan qızı Oğlu: Abbasov Əli Müşviq oğlu Oğlu: Abbasov İntiqam Müşviq oğlu Oğlu: Abbasov-Şamil Müşviq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər