Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əlastan
Abbasov Nurhan Əlastan oğlu 17 iyun 1991-ci ildə Gəncə şəhərində doğulmuşdur.
2008-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmiş, 2008-2011-ci illərdə təhsilini 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə fərdi işlə məşğul olmuşdur.
Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Cəbrayıl rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
8 noyabr 2020-ci ildə Şuşanın azad olunmasından sonra Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.11 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Abbasov Nurlan Əlastan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunması uğrunda” (ölümündən sonra) medalları ilə təltif edilmişdir. Subay idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nurhan Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, qorxmaz , mehriban, istiqanlı insan olub.
Ata: Abbasov Ələstan Abbas oğlu Ana: Abbasova Saidə Həsən qızı