Abbasov Səxavət Rizvan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abbasov Səxavət Rizvan

Ata adı: Rizvan

🐣
Doğum — Abşeron Xırdalan şəhəri
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Abşeron Xırdalan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Səxavət evin tək övladı idi. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Güləşin yunan-roma növü ilə məşqul olan Səxavət həmdə musiqi bacarıqı ilə yadda qalıb. O dostları arasında şən zarafatçıl biri kimi tanınardı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.

Abşeron rayonu, Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda "məndən nigaran qalmayın, Vətən borcunu verib qayıdacağam" deyib.

"Övladdan da şirindir nəvə" deyən nənəsi Üsarə Mirzəquliyeva Səxavətlə fəxr edir. Deyir ki, nəvəsi evin tək övladı olmasına baxmayaraq, müharibə başlayandan iki gün sonra cəbhəyə yola düşüb.

20 yaşlı qəhrəmanımızla çiyin-çiyinə düşmənə sinə gərən döyüş yoldaşları deyirlər ki, Səxavət çox mərd oğul olub. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində düşmənlə mübarizədə qalib kimi çıxıb. Sonuncu döyüşü isə Ərgünəş dağı ətrafında olub. Yaralı döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyevi xilas edərkən düşmənin atdığı minamyot qəlpəsi onların ikisinin də həyatına son qoyub.

Səxavət Abbasov oktyabrın 20-də şəhid olub və Xırdalan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Prezidentinin Sərəncamına əsasən Abbasov Səxavət ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  və “Vətən uğrunda” medalları ilə təltif edib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Abbasov Səxavət  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mehriban, bacarıqlı, ailəcanlı insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xırdalan şəhəri, 1 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Abbasov Rizvan Həsən oğlu Ana: Abbasova Mayisə Əlhəm qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər