Abbasov Teymur Feyruz
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Abbasov Teymur Feyruz

Ata adı: Feyruz

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xocavənd Hadrut qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Teymur Abbasov 1981-ci il fevralın 25-də Bakı şəhərində anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Teymur Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Abbasov oktyabrın 12-də Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Teymur Abbasov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, qəlbi vətən deyə döyünən biri olub. Ailəcanlı, sadiq dost, həyat yoldaşı, ailəsini sevən ata, övladları ilə nəfəs alan valideyn idi. Sərt xarakterinin altında yatan kövrək qəlbli insan idi. Heç zaman bildiyini öyrətməkdən boyun qaçırmazdı. Tez əsəbləşib tez sakitləşərdi. Həddindən artıq çox məlumatlı, savadlı insan idi. Dostları ona "gəzən ensiklopediya" deyirdilər.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, Pişəvəri adına Gimnaziya
Ali Təhsil Gəncə Dövlət Universiteti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Abbasov Feyruz Ana: Abbasova Başxanım Qardaş: Abbaslı Tural Feyruz Həyat yoldaşı: Abbasova Sonaxanım Həsənağa qızı Oğlu: Abbaslı Feyruz Teymur oğlu Oğlu: Abbaslı Siruz Teymur oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər