Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Cavanşir
Abdullayev Asim Cavanşir oğlu 10 dekabr 1982-ci ildə Tovuz rayonunun Vahidli kəndində anadan olub. Vahidli kənd Asif Sadıqov adına tam orta məktəbində orta təhsilə yiyələnib. Orta təhsilini bitirdikdən sonra, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışıb, daha sonra yenidən orduya qayıdaraq Azərbaycan Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmətini davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Abdullayev Asim Cavanşir oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı 19 sentyabr 2023-cü ildə Ağdərə rayonunda şəhid olub.
Tovuz rayonu Vahidli kənd qəbiristanlığında dəfn edilib.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Abdullayev Cavanşir Cabbar oğlu Ana: Abdullayeva Ofelya İbrahim qızı Qardaş: Abdullayev Xəyal Cavanşir oğlu Qardaş: Abdullayev Cabbar Cavanşir oğlu Bacı: Abdullayeva Aynur Cavanşir qızı Bacı: Quluyeva Ruhiyyə Cavanşir qızı Həyat yoldaşı: Mustafayeva Mətanət Tahir qızı Qızı: Abdullayeva Günay Asim qızı