Abdullayev Elgün Əmirxan
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abdullayev Elgün Əmirxan

Ata adı: Əmirxan

🐣
Doğum — Ağstafa Qırılı kənd
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Ağstafa Qırılı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elgün Abdullayev 1994-cü il aprelin 1-də Ağstafa rayonunun Qırılı kəndində dünyaya gəlib. 2000–2011-ci illərdə S.Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb.

Elgün Abdullayev 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "kiçik çavuş" hərbi rütbəsi altında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Elgün Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Abdullayev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "Cəbrayılın  azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "Füzulinin  azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "İgidliyə  görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elgün Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mərd, cəsur, qeyrətli, ailəcanlı insan idi. Ailəsinə, övladlarına çox bağlı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa rayon, Ş. Əliyev adına Qırılı kənd tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Abdullayev Əmirxan Əmirxan oğlu Ana: Abdullayeva Arifə Qara qızı Qardaş: Abdullayev Anar Əmirxan oğlu Qardaş: Abdullayev Elçin Əmirxan oğlu Həyat yoldaşı: Namazəliyeva Mujgan Natiq qızı Oğlu: Abdullayev Nihad Elgün oğlu Oğlu: Abdullayev Polad Elgün oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər