Abdullayev Elvin Elçin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abdullayev Elvin Elçin

Ata adı: Elçin

🐣
Doğum — Neftçala Bankə qəsəbəsi
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Neftçala Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Abdullayev Elvin Elçin oğlu 23 may 2003-cü ildə Neftçala rayonun Bankə qəsəbəsində anadan olub. Neftçala rayon Bankə qəsəbəsi 2 saylı tam orta məktəbi bitirib. Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıb. 

Azərbaycan Ordusunun əsgəri olan Abdullayev Elvin Elçin oğlu 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Abdullayev Elvin  Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Abdullayev Elvin “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Döyüşkən və cəsur biri idi. Cəsur və vətənpərvər olması da onu şəhidlik zirvəsinə yüksəltdi. Döyüş yoldaşlarının Elvin barəsində danışır ki, Elvin boğazından qəlpə yarası aldı. Onun yaralarını sarıdıq. Özümüz döyüşə yollandıq və Elvinə gözləməsini bildirdik. Amma Elvini qayıdarkən tapa bilmədik. Axtarış edərkən Elvinin 3 km irəlidə döyüşərkən şəhid olduğunu gördük.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Neftçala rayon Bankə qəsəbəsi 2 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Abdullayeva Lalə Mikayıl qızı Bacı: Babayeva Qunça Elçin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər