namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Mayis
Abdullayev Firdovsi Mais oğlu 2003-cü il fevral ayının 19-da Gəncə şəhərində anadan olmuşdur. Firdovsi Abdullayev orta təhsilinə Sevinc qəsəbəsində yerləşən 21 nömrəli tam orta məktəbdə başlamış, daha sonra isə Goranboy rayonunun Qaradağlı kəndində yerləşən Mübariz Səfərov adına tam orta məktəbdə davam etdirmişdir. Şabran rayonu Pərviz İdrisov adına Ağbaş kənd tam orta məktəbində almışdır.
Təhsil müddətində Yunan-Roma güləşi ilə məşğul olmuş, 2013-2015-ci illər ərzində iştirak etdiyi yarışlarda ümumilikdə 32 medal qazanmışdır.
2021-ci il aprel ayının 1-də həqiqi hərbi xidmətə yollanmışdır.
Firdovsi Abdullayev 2022-ci il mart ayının 3-də Laçın rayonunda xidmətdə olarkən yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüşdür.
Firdovsi Abdullayevin nəşi 2024-cü il iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmışdır.
2024-cü il avqust ayının 7-də nəşi ailəsinə təhvil verilmiş, avqust ayının 8-də Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Mərd, cəsur,vətənpərvər insan idi.
Ata: Abdullayev Mayis Ənvər oğlu Ana: Abdullayeva Nəzakət Firdovsi qızı Bacı: Abdullayeva Nuray Mayis qızı Qardaş: Abdullayev Məhərrəm Mayis oğlu