Abdullayev Gündüz Çingiz
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abdullayev Gündüz Çingiz

Ata adı: Çingiz

🐣
Doğum — Biləsuvar Zəhmətabad kəndi
🕊️
Şəhadət — Murovdağ
📍
Dəfn Olunduğu Yer Biləsuvar Zəhmətabad kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Murovdağ ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Gündüz Abdullayev 1999-cu il dekabrın 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-2018-ci illərdə Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb.
Gündüz Abdullayev 2018-2020-ci illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Gündüz Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Gündüz Abdullayev oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. 17 dekabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gündüz Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Gündüz Abdullayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Gündüz Abdullayev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Gündüz gözütox, sadə, sakit təbiətli biri idi. Heç kimlə işi olmazdı, dava-dalaşdan uzaq olardı həmişə. Hamı ilə mehriban yola gedər, heç kimin xətrinə dəyməzdi. Dost-tanış, qonşular və qohumlar arasında çox böyük hörmət qazanmışdı. Qanunu sevən biri idi və qanunlara ciddi şəkildə əməl edirdi. Vətənini sadiq insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Biləsuvar rayonu, Şəhid Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Çingiz Abdullayev Şaumyan oğlu Ana: Xudaquliyeva Sona Feyruz qızı Bacı: Susanə Abdullazadə Çingiz qızı Bacı: Nərgiz Abdullayeva Çingiz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər