Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Aslan
Həmdulla Abdullayev 1994-cü il martın 19-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə K.Əsədov adına Hacıbabalı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Həmdulla Abdullayev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həmdulla Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmdulla Abdullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Həmdulla Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atasının dedikləri: "Mən Həmdulladan zərrə qədər də inciməmişəm, böyük-kiçik yeri bilən adam idi. Xeyirxah idi, ehtiyacı olanlara əl tutmağı xoşlayırdı. Vətəninə, elinə bağlı idi. O, deyirdi ki, biz Qarabağ problemini gələcək nəsillərə saxlamamalıyıq, özümüz həll etməliyik. Çox qorxmaz, mərd oğul idi. Həmdullanın qardaşı Ayaz da müharibəyə getmək üçün xaricdən gəldi ölkəmizə, amma o gələndə müharibə bitmişdi”.
Ata: Abdullayev Aslan Həmdulla oğlu Ana: Abdullayeva Gülçöhrə Hilal qızı Qardaş: Abdullayev Ayaz Aslan oğlu Qardaş: Abdullayev Vasif Aslan oğlu