Abdullayev Həsən Aydın
MAHHXHQ çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Abdullayev Həsən Aydın

Ata adı: Aydın

🐣
Doğum — Kəlbəcər Zivel kəndi
🕊️
Şəhadət — Murovdağ
📍
Dəfn Olunduğu Yer İsmayıllı Quşencə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Murovdağ

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Həsən Abdullayev 1990-cı il oktyabrın 15-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, vətəninə bağlı insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb İsmayıllı rayon, Quşencə kənd tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Abdullayev Aydın Lətif oğlu Ana: Cəbrayılova Əfruz Əkbər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər