Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Qərib
Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda doğulmuşdur. Karate-do idman növü ilə məşğul olmuşdur. Subay idi.
2001-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 nömrəli tam orta məktəbə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdu.
2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmişdir.
8 sentyabr 2020-ci il tarixindən MAXE hərbi qulluqçu kimi fəaliyyətə başlamış, daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində iştirak etmişdir. 6 noyabr 2020-ci ildə Şuşa şəhərinin Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidin nəşi 12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Həsən Qərib oğlu Abdullayev "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Həsən Qərib oğlu Abdullayev "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Həsən Qərib oğlu Abdullayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Həsən Qərib oğlu Abdullayev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Həsən Qərib oğlu Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Dostcanlı, tərbiyəli, yardımsevər, mehriban, ailəcanlı, vətənpərvər, igid, qorxmaz bir gənc olub.
Ata: Abdullayev Qərib Həsən oğlu Ana: Abdullayeva Sədaqət İsrafil qızı