Abdullayev Rəşad Arif
Kapitan
🇦🇿 Azərbaycan Şəhidi

Abdullayev Rəşad Arif

Ata adı: Arif

🐣
Doğum — Cəlilabad Göytəpə şəhəri
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Cəlilabad Göytəpə şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kapitan
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə (həmin dövrdə Prişib) şəhərində anadan olub. Ailəsində özü də daxil olmaqla 4 uşaq olan Abdullayev 3 bacının yeganə qardaşı idi.

Rəşad Abdullayev, 1995-ci ildə Göytəpə kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2003-cü ilə qədər bu məktəbdə təhsil aldıqdan sonra 9-cu sinifdə 2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə liseyi bitirən Abdullayev həmin ildən 2010-cu ilə qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2010-cu ildə məktəbi "motoatıcı" ixtisası üzrə bitirib.

Rəşad Abdullayev 8 sentyabr 2013-cü ildə Gülnar Abdullayeva ilə ailə həyatı qurub. Rüqəyya adlı qızı və Məmmədağa adlı oğlu yadigar qaldı.
Rəşad Abdullayev 2010-cu ildə ali hərbi məktəbi "motoatıcı" ixtisası üzrə bitirdikdən sonra Müdafiə Nazirliyinin həmin ilin 23 iyun tarixli Sərəncamına əsasən "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilmiş, burada da təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən 24.06.2010-cu il tarixindən 12.12.2011-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tankəleyhinə Tağım Komandiri vəzifəsində xidmət etmişdir. 12 dekabr 2011-ci ildə XTQ kursu keçmək üçün "N" saylı hərbi hissəsinə ezam olmuşdur. Kurs bitdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 08 iyul 2012-ci tarixli əmri ilə “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunmuşdur. Xidməti zamanı ona 2 rütbə vaxtından əvvəl verilsə də, Abdullayev imtina etmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Rəşad Abdullayev "N" saylı hərbi hissənin komandir müavini kimi döyüşlərdə yaxından savaşmışdır. Belə ki, o, döyüş başlayandan bitənə qədər mühasirədə olsa belə, mühasirədən çıxmağı bacarmış, Ermənistan Ordusunun zabit-əsgər heyətini məhv etmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş leytenant Rəşad Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

2014, 2015, 2017 və 2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərinin iştirakçısı olaraq fərqlənmə ilə bitirmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qorxmaz, ailəcanlı, dostcanlı, vətənpərvər, igid insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəlilabad rayon, Göytəpə şəhər 1 saylı tam orta məktəbi Cəmşid Naxçıvanski adına Hərbi Lisey
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Abdullayev Arif Məmmədağa oğlu Ana: Abdullayeva Sevil Sovqat qızı Bacı: Bayramova Aynur Arif qızı Bacı: Abdullayeva Rəqasnə Arif qızı Həyat yoldaşı: Abdullayeva Gülnar Sərdar qızı Qızı: Abdullayeva Rüqəyya Rəşad qızı Oğlu: Abdullayev Məmmədağa Rəşad oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər