Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Sədiyar
Səməd Sədyar oğlu Abdullayev 2002-ci il iyunun 17-də Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Səməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. Səməd Abdullayev oktyabrın 2-də Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Səməd Abdullayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səməd Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Məktəbdə müəllimlərin və uşaqların sevimlisi olub. Sakit təbiətli idi, Heç vaxt valideynlərini incitməzdi. Ailəcanlı övlad olub. Dərslərində, gördüyü işlərdə dəqiq və məsuliyyətli idi.
Ata: Abdullayev Sədiyar Ağalar oğlu Ana: Abdullayeva Gülnar Abdulla qızı Bacı: Abdullayeva Sevinc Sədiyar qızı Bacı: Abdullayeva Aysel Sədiyar qızı Qardaş: Abdullayev Qismət Sədiyar oğlu