Abdullayev Sənan Şahin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abdullayev Sənan Şahin

Ata adı: Şahin

🐣
Doğum — Zəngilan
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Sənan Abdullayev 1998-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. 2005-2016-cı illərdə M. Məmmədov adına 37 nömrəli tam orta məktəbində təhsil alıb. İdmanın güləş növü ilə məşğul olub, Azərbaycan daxili yarışlarda bir sıra uğurlara imza atıb. Hərbi xidmətini başa vurduqdan sonra əvvəlcə Azersun Holdinqin "Bazarstore" mağazasında, daha sonra isə bir sıra Kitab Evlərində çalışıb. Subay idi.

Sənan Abdullayev 2017-2018-ci illərdə əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin "N" saylı hərbi hissəsinin "Kəşfiyyat" briqadasıda, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olub.

Sənan Abdullayev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 30-da döyüşlərə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Sənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Abdullayev oktyabrın 5-də snayper gülləsi nəticəsində Füzuli döyüşləri zamanı şəhid olub. Sənan Abdullayevin nəşi doğum günündə, noyabrın 1-də tapılıb. Noyabrın 20-də II Şəhidlər Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ağıllı, tərbiyəli, sakit təbiətli, dostlarının, qohumlarının sevimlisi, xeyirxah, yardımsevər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 37 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Abdullayev Şahin Sahib oğlu Ana: Abdullayeva Gülbəniz Heydər qızı Bacı: Rzayeva Mədinə Şahin qızı Qardaş: Abdullayev Ceyhun Şahin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər