📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Elxan
Sərxan Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. Atası — Birinci Qarabağ müharibəsinin veteranı Elxan Abdullayevdir. 1995-2006-cı illərdə Qazax şəhərində M. Hüseyn adına humanitar və təbiət fənnləri üzrə liseydə təhsil alıb. Cəmilə Abdullayeva ilə ailəli idi. Orxan və Turan adında 2 övladı yadigar qaldı.
Sərxan Abdullayev 2006-2008-ci illərdə DİN Daxili Qoşunlarının Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə DİN Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Sərxan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sərxan Abdullayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sərxan Abdullayevə məxsus şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur.
Çox sakit, mehriban, ailəsini sevən, işinə ürəklə yanaşan bir sözlə hər kəsinsevimlisi idi.
Ata: Abdullayev Elxan Murtuzəli oğlu Ana: Abdullayeva Surayə Sevdiməli qızı Qardaş: Abdullayev Elman Elxan oğlu Qardaş: Abdullayev Murtuzəli Elxan oğlu Həyat yoldaşı: Abdullayeva Cəmilə Akif qızı Oğlu: Abdullayev Orxan Sərxan oğlu Oğlu: Abdullayev Turxan Sərxan oğlu