Abdullayev Seyfi Fəqan
Polis serjantı
🇦🇿 Azərbaycan Şəhidi

Abdullayev Seyfi Fəqan

Ata adı: Fəqan

🐣
Doğum — Bakı Sabunçu rayonu
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Şamaxı Qəleybuğurd kənd
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Polis serjantı
Qoşun Növü Çevik Polis Alayı
Xidmət Növü Yoxdur
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Abdullayev Seyfi Fəqan  oğlu 1994-cü  il sentyabr ayının 22 -də Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Seyfi Abdullayev orta təhsilini Bakı şəhəri 148 saylı tam orta məktəbində almışdır.

2012 ci ildə orta məkti bitirib və 2013 oktyabr ayında hərbi xidmətə yola düşüb. Hacıqabul və Naxcıvan Muxtar Respublikasında Daxili Qoşunıarının N saylı hərbi hissəsində xidmət edib və 2015 ci il aprel ayının da hərbi xidməti başa vurub.
Seyfi Abdullayev müəyyən işlərdə çalışıb və 2019 ci il yanvar ayında Daxili İşlər Nazirliyinin, Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı taborunda polis nəfəri kimi xidmətə başlayıb. Daha sonra isə polis serjantı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində çalışmağa başlamışdır.

19 sentyabr 2023 ci ildə Xocəvəndin Tağaverd kəndində lokal antiterror zamanı ermənilərin mina terroru nəticəsində şəhid olub.

Abdullayev Seyfi Fəqan oğlu Şamaxı rayonu Qəleybuğurd kənd qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Abdullayev Seyfi Fəqan oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Gənc, vətənpərvər, qorxmaz insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri 148 nömrəli tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Abdullayev Fəqan Seyfi oğlu Ana: Abdullayeva Şövqiyyə Əlmustafa qızı Qardaş: Abdullayev Rasim Fəqan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər