Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Şakir
Vətən müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayev 1986-cı il 15 martda Beyləqan rayonunun Sarısu kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə məktəbə gedib. Məktəb doqquzillik olduğuna görə 9-cu sinfi bitirəndən sonra təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Atası Şakir kişi sovxozda traktorçu işləyib. Lap kiçik yaşlarından zəhmətə qatlaşan Vüsal elə o vaxtlardan da traktor sürməyi öyrəndiyi üçün kənddə atası kim traktor işlədib.
Vüsal Abdullayev 2003-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini Tərtər bölgəsində keçirib. Çox fəal əsgər olduğu üçün həmişə valideynlərinə təşəkkürnamə gəlib.
Vətən müharibəsi başlayanda könüllü olaraq SHXÇDX-nin Beyləqan rayon şöbəsinə gedərək cəbhəyə yola düşüb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə igidliklə vuruşub.
Onun ağır döyüş yolu Füzuli, Zəngilan, Cəbrayıldan keçib. Son döyüşü Qubadlı uğrunda olub.
Vüsal Abdullayev 22 oktyabr 2020-ci ildə Qubadlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bir müddət nəşini götürmək mümkün olmayıb. Noyabr ayının 4-ü Vüsalın nəşi ailəsinə verilib. Elə həmin gün Vüsal doğulduğu Beyləqan rayonu Sarısu kəndinə gətirilib və Beyləqandakı Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abdullayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abdullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, mehriban, zəhmətkerş insan idi.
Ata: Abdullayev Şakir Əziz oğlu Ana: Əmirova Tamilə Mürsəl qız H/yoldaşı: Talıbova Xatirə İmamqulu qızı Qızı: Abdullayeva Tamella Vüsal qızı Qızı: Abdullayeva Fatimə Vüsal qızı