Abdullazadə Həsənağa Şakir
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Abdullazadə Həsənağa Şakir

Ata adı: Şakir

🐣
Doğum — Lənkəran
🕊️
Şəhadət — Kəlbəcər Ömər aşırımı
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Həsənağa Abdullazadə 1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olub.

1999-2007-ci illərdə R.Bədəlov adına 9 saylı Lənkəran şəhər tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Ali məktəbi “leytenant” hərbi rütbəsi ilə bitirib. 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurub. Ailəli idi.
Həsənağa Abdullazadə 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2017-ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirirdi.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Həsənağa Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, daha sonra isə Ağdərə və Kəlbəcər cəbhələrində savaşıb.

Oktyabrın 1-dən Həsənağa Abdullazadə ilə əlaqə saxlamaq mümkün olmayıb. 2 oktyabr tarixində Kəlbəcər rayonu ərazisində, hakim yüksəkliklər uğrunda gedən döyüşlərdə pusquya düşərək qəhramancasına həlak olub. Nəşi uzun müddət tapıla bilməyib. Yanvarın 14-də itkin düşdüyü Kəlbəcər rayonu ərazisində şəhid olduğu müəyyənləşib. İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Həsənağa Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsənağa Abdullazadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həsənağa Abdullazadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiətli, mülayim və mehriban bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 9 saylı tam orta məktəb
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Abdullayev Şakir Sabir oğlu Ana: Abdullayeva Səmilə Əliəhməd qızı Həyat yoldaşı: Mirzəyeva Mirvari Kərim qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər