Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əlfayım
Abışov Fərid Əlfayım oğlu 28.11.1996-cı ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olub. Fərid 2016-cı ilin aprel döyüşlərində şücaətlə iştirak edib. Vətən müharibəsi başlanan zaman Səfərbərlik Xidməti tərəfindən müharibəyə cəlb olunan Fərid igidlik və mərdlik göstərərək qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Abışov Fərid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, ailəcanlı, dürüst, böyük- kiçik yeri bilən biri idi. Ədalətli, dosta sədaqətli, yardımsevər, ataya-anaya hörmətlə yanaşan oğul idi.
Ata: Abışov Əlfayım Bayram oğlu Ana: Abışova Gülşən Musa qızı Qardaş: Abışov Ruslan Əlfayım oğlu Qardaş: Abışov Fəqan Əlfaim oğlu