Abışov Zəka Zakir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abışov Zəka Zakir

Ata adı: Zakir

🐣
Doğum — Bakı Qızıldaş qəsəbəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Qızıldaş qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2007-ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. Uşaq yaşlarından idmana maraq göstərmiş və karate ilə məşğul olmuşdur. 2016-cı ildə orta təhsilini bitirib "İnşaat qəlibsiçi" ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olmuşdur. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka, həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşmüşdür.
Komandirlərinin söylədiyinə görə, Zəka hərbi xidməti dövründə fiziki gücü və qorxmazlığı ilə öz əsgər yoldaşlarından fərqlənmişdir. Xidmətinin böyük qismini Füzuli rayonu ərazisində — qoşunların öz xətt bölmələrində (birinci eşalon) keçirimişdir. 27 sentyabr tarixində bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayarkən Zəka Füzuli rayonunda döyüşlərə qatılmış, Füzuli əməliyyatında və Cəbrayıl uğrunda döyüşlərdə iştirak etmişdir.

Abışov Zəka noyabr ayının əvvəlləri düşmənin əks həmləsinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi 22 noyabr tarixində Qızıldaş qəsəbəsinə gətirilmiş, burada qəsəbə sakinləri tərəfindən böyük izdihamla qarşılanmış və ailəsinə təhvil verilmişdir. Şəhid ertəsi gün — 23 noyabr tarixində Qızıldaş qəsəbəsi Şəhidliyində rayon rəhbərliyinin iştirakı ilə təntənəli surətdə torpağa tapşırılmışdır. Vida mərasimində Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qızıldaş bələdiyyəsinin sədri İdris Alışanov, sədr müavini Fərid Tağıyev iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Abışov Zəka ölümündən sonra “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşşü” və “Vətən uğrunda” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qoçaq insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qızıldaş qəsəbəsi Şəhid Azər Namazov adına 180 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mahmudov Zakir Qəmbər oğlu Ana: Abışova Zəminə Nəcəfali qızı Qardaş: Mahmudov Qəmbər Zakir oğlu Bacı: Abışova Səbinə Zakir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər